SON XƏBƏRLƏR

Tehranda etirazlar bitdimi?

2021.10.20, 07:36
Tehranda etirazlar bitdimi?

Gunaz.tv
Bir neçə gün əvvəl Tehran Bələdiyyəsinin Cümə namazları üzrə şöbə müdürlüyündən bildirilib ki, paytaxtın daimi cümə namazı meydanı olan Tehran Müsəllası tikinti işləri ilə əlaqədar Ramazan bayramı namazına hazır olmayacaq. Qurumun bəyanatına görə, bayram namazı həmişəki kimi Tehran Müsəllasında deyil, Tehran Universitetində və onun ətraf küçələrində qılınacaq. Qeyd edək ki, Tehran Universiteti səhərin mərkəzində qələbəlik yerdə yerləşdiyindən orada təhlükəsizliyi daha yüksək səviyyədə təşkil etmək mümkindür. Belə ki, universitetə gedən yolları bağlamaqla və ya nəzarətdə saxlamaqla hər bir şeyi nəzarətə alına bilər. Amma Tehran Müsəllası şəhərin nisbətən kənarında yerləşdiyindən və ora nəqliyyat vasitələrinin və piyadalrın müxtəlif yollarla rahat gedib gəlməsi mümkün olduğundan təhlükəsizliyin üst səviyyədə təmin edilməsi mümkün deyil. Xatırladaq ki, Tehranda Ramazan bayramı namazı adətən Ayətullah Xamenei tərəfindən qıldırılır və “İrna” agentliyinin iddiasına görə bu namazda hər il 1-1.5 milyon insan iştirak edir. Yenə son həftələrdə İranda müxtəlif mənbələr universitetlərin açılmasının təxirə salma ehtimallarıni müzakirə edirlər. Müxalif qəzetlərin və saytların ehtimallarına görə hakimiyyət universitet tələbələrinin yeni iğtişaşlar yaradacağından ehtiyatlanaraq Tehranda ali təhsil müəssisələrini açılmasını 6 ay təxirə salmaq istəyir. Müxalifətin fikrincə, Əhmədinejad hakimiyyəti tələbələrin seçki saxtakarlığına etiraz aksiyaları keçirməsindən ehtiyatlanır. Belə ki, Sipahın yüksək rütbəli komandirlərindən biri olan general Əli Fəzli bildirib ki, universitetlərin və məktəblərin açılması nəticəsində yeni iğtişaşların ola biləcəyi ehtimalı ilə bağlı bu həftə ərzində təhsil ocaqları yetkililəri ilə ortaq iclas keçirəcəklər. O, eyni zamanda iğtişaşların qarşısını almaq məqsədi ilə təlimlər və məşqlər keçirildiyini bildirərək deyib: “Biz inqilab tarixində tayı görünməyən böyük fitnəkarlığı arxada qoysaq da, indi təhsil müəssisələrində yeni hərəkətlənmələr eşidilir, buna görə də tam ayıq olmalıyıq və hər bir fitnənin münasib cavabını verməliyik.” Bir müddət əvvəl isə Tehranın valisi Murtaza Təməddün bildirmişdi ki, “Tehranda durum tam normaldır, polisə və təhlükəsizlik qüvvələrinə heç bir ehtiyac duyulmur, ancaq müxaliflər yeni fitnələr törətmək istəyir və bu çərçivədə onlar universitetlərdə iğtişaşlar yaratmağa cəhd göstərəcək”. Sentyabrın 7-də Elm və Ali Təhsil naziri Kamran Daneşcu da universitetlərin açılması ilə bərabər yeni etirazların olacağına dair öz narahatlığını bildirərək tələbələrə ayıq olmalarını tövsiyə edib. Görünür İran hakimiyyəti ölkədə etiraz aksiyalarından bu tezliklə xilas ola bilməyəcək. Xüsusən Cümə namazları, gələn həftə keçiriləcək “Qüds günü” mitinqi və bayram namazı kimi kütləvi mərasimlər isə geniş miqyaslı kütləvi aksiyalar üçün münbit şərait yaratmaqdadır.araztm

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar