SON XƏBƏRLƏR

İran vətəndaşının göndərdiyi xeyli miqdarda narkotik vasitələri aşkarlanaraq, müsadirə olundu

2021.10.20, 07:36
İran vətəndaşının göndərdiyi xeyli miqdarda narkotik vasitələri aşkarlanaraq, müsadirə olundu

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində «İran-Azərbaycan» və «İran-Azərbaycan-Rusiya» marşurutu üzrə qaçaqmalçılıq yolu ilə narkotik maddələrin daşınması ilə məşğul olan şəxslər zərərsizləşdirilib. Onlardan ümumilikdə 180 kiloqrama yaxın narkotik vasitələr - heroin, həşiş və tiryək müsadirə olunub. Milli Təhlükəsizlik Nazirliyi və Rusiya Federasiyasının narkotiklərin dövriyyəsinə nəzarət xidməti tərəfindən birgə keçirilən əməliyyat nəticəsində «İran-Azərbaycan-Rusiya» marşurutu ilə küllü miqdarda narkotik vasitələrin daşınmasını həyata keçirən, hazırda şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının göndərdiyi narkotik vasitələr aşkarlanaraq götürülüb. Məlum olub ki, həmin şəxs tərəfindən İranda, Astara rayon sakini Azərbaycan və Rusiya pasportlarına malik Mütair Musayevin idarə etdiyi, içərisində Rusiyaya aparmaq üçün kartof yüklənən «Man» markalı yük avtomobilinə küllü miqdarda narkotik vasitə olan həşiş yerləşdirilib. Qeyd olunan avtomobil Rusiya Federasiyasının ərazisinə keçdikdən sonra da hərəkət marşurutu izlənilib. Avtomobil Ufa şəhəri yaxınlığında saxlanılıb və baxış nəticəsində həmin gizli saxlanc yerindən 143 kiloqram 605 qram həşiş aşkarlanaraq götürülüb. Keçirilən daha bir əməliyyat tədbirləri nəticəsində Astara rayon sakini Firdovsi Həsənov saxlanılıb, ondan külli miqdarda həşiş aşkarlanaraq götürülüb. Məlum olub ki, Firdovsi Həsənov hazırda şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından Astara rayonunun Şahağacı kəndi istiqamətində Xəzər dənizində təhvil aldığı narkotiki açıq dənizdə balıqçılıq torları bərkidilən millərdən birinə bağlayaraq gizlədib. Məqsəd narkotiki sonradan həmin iranlının deyəcəyi şəxsə çatdırmaq olub. Amma Firdovsi Həsənov narkotik vasitələrin yerini dəyişmək üçün gecə saat 3 radələrində onu dənizdən çıxaran zaman Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb və 10 kiloqram 132,9 qram həşiş aşkarlanaraq götürülüb. Daha bir əməliyyat tədbiri nəticəsində qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin daşınması ilə məşğul olan Bakı şəhər sakini Səttərxan Cabbarov və Astara rayon sakini Elşən Hüseynov saxlanılıb. Onlardan 6 kiloqramdan artıq tiryək və 3 kiloqrama yaxın həşiş aşkarlanaraq götürülüb. Narkotik vasitələrin Azərbaycan ərazisinə İrandan gətirildiyi məlum olub. Qaçaqmalçılıq yolu ilə narkotik vastələrin daşıması ilə məşğul olan daha bir dəstə də zərərsizləşdirilib. İran vətəndaşı Əyyub Abbasi, Lənkəran şəhər sakini Fuad Kələntərov, Biləsuvar rayon sakinləri - Nicat Kərimov, İlkin Məmmədov və Cəlliabad şəhər sakini Rövşən Hüseynov , habelə dövlət sərhəddini qanunsuz keçən, hazırda şəxsiyyəitləri araşdırılan, özlərini Əfqanıstan vətəndaşı kimi təqdim edən Yasin Rzayi, İsmətullah Rzayi, Əsədulla Əmiri və Şahəvi Məhəmmədi saxlanılıb. Baxış zamanı onlardan 11 kiloqram 500 qramdan artıq həşiş, 3 kiloqrama yaxın tiryək və 2 kioqramdan artıq heroin aşkarlanaraq götürülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar