SON XƏBƏRLƏR

5 Milli-mədəni fəala, 1 il həbs cəzası çıxarıldı

2021.10.20, 07:36
5 Milli-mədəni fəala, 1 il həbs cəzası çıxarıldı

Gunaz.tv
GÜNAZ.tv mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Ərdəbilin Apelyasıya məhkəməsi (hökmü yenidən nəzərdən keçirən məhkəmə) “Behruz Əlizadə, Vədud Səadəti, Rəhim Qulami, Hüseyn Hüseyni və Ərdəşir Kərimi xiyavi”ni bir il həbs cəzasına məhkum edib. Apelyasıya məhkəməsində, birinci məhəkəmənin ittihamlarından olan “milli thlükəsizliyi pozmaq üçün təşkilatlarda üzlük ” ittihamı, dəlillərin yetərsiz olduğu səbəbi ilə aradan qaldırıldı ancaq “sistemin əleyhinə təbliğ” ittihamı irəli sürüldü. Müttəhimlərin vəkili Seyid Məhəmməd Rza Fəqihinin bildirdiyinə görə, baxmayaraq Apelyasıya məhkəməsində müttəhimlərin məhkum olduqları cəza yüngülləşdirilib. Ancaq Əsgər Əkbərzadənin “5 il həbs və Zahidan şəhərinin zindanına sürgün edilmə” hökmü öz qüvvətində qalıb. Xatırladaq ki Ərdəbil məhkəməsi 2009cü ilin başlanqıcında “Əsgər Əkbərzadə, Behruz Əlizadə, Vədud Səadəti, Rəhim Qulami, Hüseyn Hüseyni və Ərdəşir Kərimi xiyavi”ni “qruplarda üzvlük və milli təflükəsizliyi pozmaq” ittihamı ilə 5 il həbs cəzası ilə birlikdə Zahidan, Bocunurd, Simnan, Həmədan, Kirman və Bəndər Abbas şəhərlərinə, sürgünlüyə məhkum etmişdi. Qeyd edək ki adı çəkilən milli fəallar Azərbaycanın milli-mədəni haqları uğrunda fəaliyət göstərdikləri üçün İran hökümətinin qəzəbinə tuş gəliblər. Baxmayaraq ki İranın Ana Yasası dinc aksiya və etirazı mümkün sayır ancaq bu qanun heç vaxt Azərbaycan fəalları tərəfindən hiss olunmur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar