SON XƏBƏRLƏR

Bu il Fitr Bayramı (oruc bayramı) namazı, Tehran müsəllasında qılınmayacaq

2021.10.20, 07:36
Bu il Fitr Bayramı (oruc bayramı) namazı, Tehran müsəllasında qılınmayacaq

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Tehran bələdiyəsi bildirib ki bu il keçən illərə rəğmən, Fitr Bayramı namazı, Tehran müsəllasında qılınmayacaq. Tehran bələdiyəsinin, Fitr bayramı namazının qılınması ilə bağlı təşkilatçı qrupunun sədri Məhəmməd Eydiyan İran dövlətinin rəsmi xəbər agentliyinə bildirib ki bu il bütün keçmiş illərə rəğmən Tehran müsəllasında Fitr bayramı namazı qılınmayacaq. O, bunu müsəəlada gedən inşaat işləri ilə əlaqələndirib. Cənab Eydiyan bildirib ki bu il Fitr bayramı namazı Tehran universitetinde qılınacaq. Yəni o yerdə ki cümə namazı qılınır. şərhçilərin fikrinə görə bu il Fitr namazının müsəllada qılınmaması yəni 1.5 milyon insanın toplaşmağına imkan verilməməsi, məhz İranın içində gedən siyasi çəkişmələrlə izah oluna bilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar