SON XƏBƏRLƏR

Aksiyalarda həbs olub və ziyan çəkənləri araşdıran komitə, ETTELAATın hücumuna məruz qalıb

2021.10.20, 07:36
Aksiyalarda həbs olub və ziyan çəkənləri araşdıran komitə, ETTELAATın hücumuna məruz qalıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, ETTELAAT əməkdaşları prezidentliyə nazmzəd Mir Hüseyn Musəvinin seçki qərargahı tərəfindən yaradılmış xüsusi komitənin qərargahına hücüm edib. sentyabrın 7-si axşam saatlarında olan hücümda ETTELAAT əməkdaşları qərargahdan seçki qurbanları ilə bağlı bütün sənədləri özləri ilə aparıblar. Komitədə çalışanlardan kiminsə həbs edilib-edilmədiyi barədə məlumat yayılmayıb. Adını çəkdiyimiz xüsusi komitə seçki sonrası olaylarda qətlə yetirilən və ya tutulduqdan sonra zindanlarda işgəncələr altında öldürülüb gizli basdırılan aksiyaçıların ailələrinin şikayətini qəbul edir, cinayətlə bağlı sənədlər toplamaqla məşğul olurdu. Xatırladaq ki adı gedən komitənin sədri Ayətüllah Beheştinin oğlu, Doktor Əlirza Beheştidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar