SON XƏBƏRLƏR

İranda, Milli fəala qiyabi olaraq məhkəmə hökmü çıxarılıb

2021.10.20, 07:36
İranda, Milli fəala qiyabi olaraq məhkəmə hökmü çıxarılıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Zəngan şəhərinin inqilab məhkəməsi Güney Azərbaycan Milli Azadlıq hərəkatının mədəni fəallarından olan Yaşar Həkkakpura qərar çıxarıb. Baxmayaraq ki Cənab Həkkakpurun xaricdə yaşaması bildirilir, ancaq qiyabi olaraq Zəngan məhkəməsi onu 6 ay həbs cəzasına məhkum edib. Aldığımız məlumata görə, milli fəal ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda, ictimaiyyətin zehnini pozmaqda, qanunsuz təşkilatlarla əməkdaşlıq etməkdə və sistemin əleyhinə təbliğdə günahlandırılıb. Cənab Yaşar Həkkakpur Azərbaycanın milli-mədəni hüquqları uğrunda apardığı dinc fəaliyətə görə, 2005-ci ildə 1 ay Təbriz və Marağa şəhərlərində saxlanılıb sonra isə mülk girovu qoyaraq azadlığa buraxılmışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar