SON XƏBƏRLƏR

Mahmud Əhmədinəjad: Biz demokratiya sahəsində beynəlxalq cəmiyyət üçün nümunə olduq

2021.10.20, 07:36
Mahmud Əhmədinəjad: Biz demokratiya sahəsində beynəlxalq cəmiyyət üçün nümunə olduq

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İran prezidetni Mahmud Əhmədinəjad bildirib ki: İranda keçirilən prezident seçkiləri ölkənin və xalqın inkişaf potensialını daha da artırdı və göstərdi ki Respublikada demokratiya var. Prezident Əhmədinəjad mətbuat konfransında bildirib ki prezident seçkiləri xalq üçün daha vacib məqsədlərin həyata keçirilməsində doğru istiqamətə addım olub. Mahmud əhmədinəjadın sözlərinə görə, İran ötən prezident seçkilərində üç istiqamətdə nailiyyət əldə edib. 1) Biz demokratiya sahəsində beynəlxalq cəmiyyət üçün nümunə olduq. İranda əsl demokratiya var. 2) prezident seçkiləri “köhnə sərmayəçi” - Böyük Britaniya və “islahatçı” Barak Obamanın əsl məqsədlərinin üstünü açdı. “Onların İranda gözlənilən dəyişikliklər barədə bəyanatlarına baxmayaraq, seçkilər heç nəyin dəyişmədiyini göstərdi”. 3) İranın düşmənləri xalqın seçiminə təsir etməyə çalışarkən uğursuzluğa düçar oldular.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar