SON XƏBƏRLƏR

İranda, siyasi məhbusun qızı tutuqlandı

2021.10.20, 07:36
İranda, siyasi məhbusun qızı tutuqlandı

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, sentyabrın 6-sı mülki geyimli naməlum şəxslər 19 yaşlı Atifə İmamini küçədə zorla avtomobilə mindirərək bilinməz istiqamətə aparıblar. Atifə İmami 12 iyun prezident seçkisinin rəsmi nəticələrinə qarşı dinc etirazlarda həbs edilən islahat tərəfdarı, İslam İnqilab Mücahidləri Təşkilatının üzvü Cavad İmamİNİN QIZIDIR. Atifə xanımın anası Leyli Sadat Calalzadə, BBC radiosuna açıqlama verib. O bildirib ki Atifəni tutmaqla Cavadı sındırmaq və ondan yalançı etiraflar almaq istəyirlər. O əlavə edib ki Atifənin harda saxlanıldığı ilə bağlı heç bir məlumatı yoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar