SON XƏBƏRLƏR

Ermənistanı “Nabucco” layihəsinə çəkilir

2021.10.20, 07:36
Ermənistanı “Nabucco” layihəsinə çəkilir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin "ans-press"ə istinadən yaydığı məlumata görə, “Ermənistanı “Nabucco” layihəsinə çəkirlər”. Bu iddia ilə Rusiyanın “Kommersant” qəzeti çıxış edib. Qəzetin yazdığına görə, Ermənistan və Türkiyə arasında başlayan barışıq prosesi gözlənilməz nəticə verib və İrəvanın “Nabucco”ya qoşulması ilə bağlı söhbətlər başlayıb: “Ekspertlər Gürcüstandakı qeyri-sabit siyasi vəziyyəti nəzərə alaraq bu ehtimalı mümkün hesab etsələr də, Ermənistanın tranzit ölkəsinə çevrilməsi yolunda əsas maneə Azərbaycandır. Bakı dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ problemi həll olunmadan Türkiyə-Ermənistan sərhədlərinin açılması onun maraqlarına cavab vermir. Yəni, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin məqbul həllinə nail olmadan öz qazının Ermənistan vasitəsilə nəqli ideyası ilə heç vaxt razılaşmayacaq”. “Kommersant” qəzeti Türkiyə və Azərbaycan mətbuatına istinadlara da yer verib. Yazıda Ermənistanın “Nabucco” layihəsinə qoşulması ehtimalı ilə bağlı “Star” qəzetində dərc edilmiş xəbər xatırladılır, eləcə də, İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı Sabit Bağırovun ANS PRESS-ə açıqlamasından sitatlar gətirilir. Sabit Bağırov həmin açıqlamada Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin bərpasını nəzərdə tutan protokolların parlamentlər səviyyəsində təsdiqlənəcəyi təqdirdə, “Nabucco” layihəsində texniki dəyişikliklərin baş verməsi və Avropa Birliyinin həmin boru kəmərinin Gürcüstandan yox, Ermənistandan keçməsini tələb etməsinin mümkün olduğunu bildirmişdi. Türkiyənin Beynəlxalq Əlaqələr və Strateji Təhlil Mərkəzinin (TÜRKSAM) prezidenti Sinan Oğan isə “Kommersant”a bildirib ki, proseslərin bu cür inkişafı mümkündür: “Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələrin bərpası ilə bağlı protokolların ilkin razılaşdırılması zamanı Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bildirmişdi ki, onun ölkəsi Cənubi Qafqazdakı bütün enerji layihələrində iştirak etməyə hazırdır. O “Nabucco” layihəsinnin adını çəkməsə də, söhbətin məhz nədən getdiyini hamı anladı. İlin sonunadək Avropa Birliyi və ABŞ “Nabucco”nun marşrutunu dəqiqləşdirməlidirlər. Ona görə də Ankara diplomatik əlaqələrin bərpası protokolunun hazıranlanması prosesini sürətləndirib. Hələ Gürcüstanda müharibə başlayanda mən prqnozlaşdırmıqdım ki, “Nabucco” Azərbaycandan Ermənistana, oradan isə Türkiyəyə keçəcək. Bizim xarici işlər nazirimiz isə bu ideyanı bəyənmişdi”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar