SON XƏBƏRLƏR

ŞOK: AKP, yücə ATATÜRKün "Hutuk" əsərinin 4 səhifəsini ittiham dəlili kimi təqdim edib

2021.10.20, 07:36
ŞOK: AKP, yücə ATATÜRKün "Hutuk" əsərinin 4 səhifəsini ittiham dəlili kimi təqdim edib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əkdə etdiyi məlumata görə, Hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyası (Adalet və Kalkınma Partisi - AKP) Türkiyə Cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürkə qarşı ədalətsizliklərini davam etdirir. Türkiyə ictimaiyyətinin "sabun operası" kimi qəbul etdiyi qondarma "Ergenekon" işi ilə bağlı ittihamnamənin 3-cü cildində Mustafa Kamal Atatürkün "Hutuk" əsərinin 4 səhifəsi ittiham dəlili kimi təqdim olunub. Bu barədə Türkiyənin "İnternetajansı" informasiya portalı məlumat yayıb. Məlumatda "Ergenekon" müstəntiqlərinin Atatürkü də "istintaqa cəlb etdikləri" bildirilir və Türkiyə ictimaiyyətinin baş verənlərdən şok yaşadığı vurğulanır. Qeyd edək ki, "Ergenekon" müstəntiqləri birinci ittihamnamədə qondarma "Ergenekon Terror Təşkilatı"nın idelogiyasının "Kamalizm-sosializm ideyalarının qarışığı" olduğu barədə iddia irəli sürmüşdülər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar