SON XƏBƏRLƏR

"One minite "Davos Fatehi", biz də müsəlmanıq

2021.10.20, 07:36
"One minite "Davos Fatehi", biz də müsəlmanıq

Gunaz.tv
BAXCP Türkiyə səfirliyi qarşısında etiraz aksiyası keçirəcək Dünən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub. İdarə Heyətinin müzakirəyə çıxardığı ilk məsələ BAXCP Ali Məclisinin sentyabrın 5-də keçirilən sessiyasının qərarlarının icrasıyla bağlı olub. Qeyd edək ki, BAXCP Ali Məclisinin sessiyasında Türkiyə ilə Ermənistan arasında imzalanmış protokollara etiraz əlaməti olaraq türk xalqına müraciət ünvanlanması və Türkiyənin Bakıdakı səfirliyi qarşısında etiraz aksiyasının keçirilməsi barədə qərar qəbul olub və bu qərarların icrası İdarə Heyətinə həvalə olunub. BAXCP Ali Məclisinin qərarlarının icrası barədə fikir mübadiləsi aparan İdarə Heyətinin üzvləri öncə Türkiyə ictimaiyyətinə ünvanlanacaq müraciətin mətnini təsdiqləyiblər. Qardaş türk xalqına ünvanlanan müraciətdə Türkiyənin hazırki iqtidarının yürütdüyü siyasət qətiyyətlə pislənilir və Ankara-İrəvan anlaşmasının Türkiyə və Azərbaycan türklərinin ortaq maraqlarına və münasibətlərinə ciddi zərbə vurduğu qeyd olunur: "AKP hökumətinin işğalçı Ermənistan rejimilə anlaşması Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqelərinin və müqavimətinin zəiflədilməsinə xidmət edən düşünülmüş siyasətin tərkib hissəsidir". Müraciətdə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycan parlamentindəki çıxışı zamanı ifadə etdiyi "Azərbaycanın ərazi bütövlüyü təmin olunmadan, işğala son qoylmadan Ermənistanla sərhədlər açılmayacaq" sözləri xatırladılır və bildirilir ki, verilən vədlərin fonunda Ermənistanla danışıqların davam etdirilməsi, qarşılıqlı münasibətlərin bütün istiqamətlərdə tənzimlənməsini nəzərdə tutan protokolların imzalanması anlaşılmayan, izahı mümkün olmayan yanaşmalardan xəbər verir: "BAXCP Ali Məclisi AKP iqtidarını tarix tərəfindən birmənalı olaraq xəyanət kimi dəyərləndiriləcək addımlara son qoymağa, türk xalqının iradəsilə hesablaşmağa çağırır". BAXCP Ali Məclisi Türk xalqını AKP-nin Azərbaycana və Türk Dünyasına münasibətdə yanlış siyasətinə son qoyulması üçün etiraz səsini ucaltmağa çağırıb. Ali Məclisin növbəti qərarını - Türkiyənin Bakıdakı səfirliyi qarşısında etiraz aksiyasının keçirilməsini müzakirə edən İdarə Heyəti bunun üçün konkret tarixi də müəyyənləşdirib. Etiraz aksiyası sentyabrın 15-də saat 12:00-da Türkiyənin Bakıdakı səfirliyinin qarşısında keçiriləcək. Bundan öncə BAXCP rəhbərliyi və partiya fəalları Bakının erməni-rus hərbi birləşməlirinin təcavüzündən xilas edilməsinin 91-ci ildönümü münasibətilə Şəhidlər Xiyabanında Xilaskar Türk Əsgərlərinin şərəfinə ucaldılmış abidəni ziyarət edəcəklər. Türkiyə səfirliyi qarşısında keçiriləcək etiraz aksiyasında isə aşağıdakı şüarların səsləndirilməsi nəzərdə tutulub: "Yaşasın Türk Birliyi!", "One minite "Davos Fatehi", biz də müsəlmanıq", "Tarix bu xəyanəti bağışlamaz", "15 sentyabrdan utanın!", "Türk milləti xəyanətə "yox" de!" . Azər

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar