SON XƏBƏRLƏR

İranda humanitar elmlərin yenidən nəzərdən keçirilməsi ilə yanaşı, liberal müəllimlərində təqib olunacağı təxmin edilir

2021.10.20, 07:36
İranda humanitar elmlərin yenidən nəzərdən keçirilməsi ilə yanaşı, liberal müəllimlərində təqib olunacağı təxmin edilir

Gunaz.tv
GÜNAZ.tv mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Humanitar fənlər islamiləşdirilmək üçün yenidən nəzərdən keçirilir. Sərt xətt tərəfdarları müəllim heyətinin tərkibinin təmizlənməsinə çağırırlar. İranın hakim dairələri tələbə iğtişaşlarının qarşısını almaq üçün universitetlərdə yeni təqiblərə başlayıblar. Siyasi cəhətdən fəal tələbələr ya xəbərdar edilirlər, ya da ki, xaric edilirlər. BBC-nin Yaxın Şərq üzrə təhlilçisi Roger Hardi deyir ki, İranda universitetlər iki həftədən sonra açılacaq. Amma hakim dairələrin əsəbi olduqlarına dair əlamətlər artıq gözə dəyir. Ötən həftə ali ruhani lideri Ayatolla Əli Xameneyi bir qrup tələbə və müəllimi xəbərdar edib ki, sosial fənlərin tədrisi şübhə və inamsızlığa yol açır. İndi yüksək səviyyəli şura humanitar fənlərdən qeyri-islami hesab edilən materialları xaric etmək üçün yenidən dəyərləndirmə həyata keçirir. Bu arada liberal düşüncəli müəllimlərin təqib ediləcəyinə dair təxminlər də var. Bu hadisələrə cavab olaraq aparıcı islahatpərəst, sabiq prezident məhəmməd Xatəmi elmi azadlığı müdafiə etməyə çağırıb. Bazar günü universitet müəllimlərinə açıq müraciəti zamanı o, hakim dairələri onun təbirincə desək, faşist və totalitar metodlardan istifadədə günahlandırıb. İyun ayında keçirilən mübahisəli prezident seçkilərindən sonra kütləvi nümayişlər artıq sakitləşsə də, hakim dairələrin bu hadisələrin yenidən təkrarlana biləcəyindən qorxduqları açıq aydın gözə dəyir. Tələbə şəhərciklərində təqiblərlə yanaşı, onlar Ramazanla bağlı bir neçə ictimai tədbiri ləğv ediblər. Çox güman ki, onlar bu tədbirlərin müxalifət yürüşünə çevrilə biləcəyindən ehtiyatlanırlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar