SON XƏBƏRLƏR

Əhmədinejad nüvə danışıqlarına hazırdır

2021.10.20, 07:36
 Əhmədinejad nüvə danışıqlarına hazırdır

Gunaz.tv
İran prezidenti Mahmud Əhmədinejad bəyan edib ki, ölkəsi beynəlxalq birliklə nüvə proqramına dair danışıqlara hazırdır. RİA-nın məlumatına görə, o israr edib ki, İranın nüvə enerjisi sahəsində hüquqlarını inkar etmək olmaz. Mətbuat konfransında çıxış edən Əhmədinejad deyib ki, İran öz nüvə proqramını BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyi ilə sıx əməkdaşlıq şəraitində davam etdirəcək. Lakin o əlavə edib ki, hər hansı danışıqlarda diqqət yalnız atom enerjisindən dinc məqsədlər üçün istifadə və nüvə silahının yayılmamasına verilməlidir. BATENA az sonra Vyanada İranın nüvə proqramına dair bir həftə davam edəcək müzakirələrə başlayır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar