SON XƏBƏRLƏR

Tehran Əhalisinin parlamentə cavabı: “ya Hüseyn ya Mir Hüseyn” “ALLAH əkbər”

2021.10.20, 07:36
Tehran Əhalisinin parlamentə cavabı: “ya Hüseyn ya Mir Hüseyn” “ALLAH əkbər”

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, dünən axşam Tehranın bir çox məhəlləsində o cümlədən mərkəzi rayonlar, Şəriəti xiyabanı, Mir Damad və s-də bir birdən birə sakinlər evlərinin damı üstünə çıxaraq “ya Hüseyn-ya Mir Hüseyn” və “ALLAH əkbər” şüarları səsləndirdilər. Şərhçilərin fikrinə görə, əhalinin bu hərəkəti parlamentin Əhmədinəjadın təqdim etdiyi nazirləri təsdiq etməsi və Ayətüllah Xamneyinin sözü gedən namzədlərin təsdiqlənməsi ilə bağlı etdiyi sifarişə cavabdır. Xatırladaq ki əhalinin “ALLAH əkbər” şüarları keçmişdəki kimi ardıcıllığı olmasada ancaq müxtəlif məqamlarda bir münasibət kimi özünü göstərir və eşidilir. bu şəkildə şüarların səslənməsi hakimiyətin yuxusunu qatır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar