SON XƏBƏRLƏR

Uqo Çaves yeddinci dəfə İrana gəlir

2021.10.20, 07:36
Uqo Çaves yeddinci dəfə İrana gəlir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Beynəlxalq turnedə olan Venesuela prezidenti Uqo Çaves bu gün İrana səfər edəcək. İki günlük səfər çərçivəsində onun İran prezidenti Mahmud Əhmədinejat və ölkənin digər rəsmi şəxsləri ilə görüşləri planlaşdırılır. Görüşlərdə ikitərəfli əlaqələr, regional və beynəlxalq problemlər müzakirə ediləcək. əməkdaşlıqla bağlı sazişlər imzalandıqdan sonra hər iki prezident jurnalistlərin suallarına cavab verəcəklər. Bu, Uqo Çavesin İrana sayca yeddinci səfərdir. O sonuncu dəfə Tehranda bu ilin aprelində olub. Həmin səfər çərçivəsidə birgə layihələrin maliyyələşdirilməsi üçün İran-Venesueal bankının yaradılması barədə saziş imzalanıb. Uqo Çaves Mahmud Əhmədinejatı özünün yaxın müttəfiqi və “imperializmə qarşı böyük mübariz” hesab edir. Veensuela prezidenti iranlı həmkarını iyundakı prezident seçkilərində qələbə münasibəti ilk təbrik edən liderlərdən olub. Xatırladaq ki, Uqo Çaves beynəlxalq turnesi çərçivəsində Liviya, Əlcəzair və Suriyada olub. O İran səfərinin ardındca Rusiya və Belarusa gedəcək. “Mehr” agentliyi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar