SON XƏBƏRLƏR

Polis, Evin Zindanın qarşısında məhbus ailələrinin iftar süfrəsinə hücum edib

2021.10.20, 07:36
Polis, Evin Zindanın qarşısında məhbus ailələrinin iftar süfrəsinə hücum edib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İranda son prezident seçki hadisələrində tutuqlanıb həbsə salınmış məhbusların ailəsi EVİN zindanı qarşısında iftar açmaq istəyiblər. Iki gün öncə baş verən hadisədə polis iftar süfrəsinə hücum edərək məhbusların ailə üzvlərini və onlarla birlikdə gətirdikləri ərzaqları dağıdıb. Polis qüvvələri müqavimət göstərən bir sıra yaşlı valideynləri yerdə sürütləyib zindanın həndəvərindən uzaqlaşdıra biliblər. Qeyd edək ki Məhbus ailələrini ətrafına toplayan iftar süfrəsi İran tələbələrinin ən böyük təşkilatı sayılan “Vəhdəti Möhkəmləndirən Qurum”un təşəbbüsü ilə baş tutub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar