SON XƏBƏRLƏR

M.V. Dəstcerdi Iranin ilk qadın naziri oldu. İnterpolun axtarışında olan Əhməd Vahidi isə parlamentin ən yüksək etimadını qazanıb

2021.10.20, 07:36
M.V. Dəstcerdi Iranin ilk qadın naziri oldu. İnterpolun axtarışında olan Əhməd Vahidi isə parlamentin ən yüksək etimadını qazanıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, bu gün İran parlamentində yadda qalan bir hadisə baş verib. Elə ki 1979-cu il islam inqilabından bəri ilk dəfə qadın nazir seçilib. Parlamentin səsveməsində İran prezidenti Mahmud Əhmedinejad tərəfindən təqdim edilən Nazirlər Kabinetinə namizədlərdən 21-dən 18-nə etimad göstərilib. Parlamentdə hər bir namizəd üçün ayrı-ayrı səsvermə keçirilib. Səsvermə nəticəsində parlament Mərziyyə Vəhid Dəstcerdini səhiyyə naziri postuna təsdiqləyib. 175 deputat Mərziyyənin nazir seçilməsinin lehinə, 82 nəfər əleyhinə səs verib, 29 nəfər isə bitərəf qalıb. Parlamentin səsverməsinə görə enerji, təhsil və sosial müdafiə nazirlikləri üçün namizəd göstərilən Mehdi Qazanferi, Susan Keşaverz və Fatimə Acurlu parlamentin səsini qazana bilməyiblər. Xatırladaq ki Müdafiə Nazirliyinə namizəd Əhməd Vahidi, 1994-cü ildə Argentinanın Buenos Ayres şəhərində yəhudi qurumuna qarşı təşkil edilən bombalı hücumla bağlı Interpol tərəfindən axtarışdadır. Ancaq o, parlamentdə heç bir narazılıqla qarşılaşmayıb və parlamentin etimadını qazanıb. Qeyd edək ki etimad qazanmış namzədlər içində Əhməd Vahidi parlamentin ən yüksək etimadını qazanıb.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar