SON XƏBƏRLƏR

“SEPAH”dan islahatçılara qorxulu ittiham

2021.10.20, 07:36
“SEPAH”dan islahatçılara qorxulu ittiham

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Məhəmməd Xatəmi və müttəfiqləri etiraz aksiyalarını həvəsləndirməkdə və Ayatolla Əli Xameneyinin mövqeyini zəiflətmək cəhdində günahlandırılıb. Bu iddia İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) baş komandanı Məhəmmədəli Cəfəriyə aiddir. Dünən sentyabr ayının 2-də İran mətbuatı yazıb ki İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) baş komandanı Məhəmmədəli Cəfəri qurumun üzvləri qarşısında çıxış edərək keçmiş prezident, Mübariz Ruhanilər Birliyinin rəhbəri Məhəmməd Xatəmi və həmin birliyin ruhani üzvü Məhəmməd Musəvi Xoeynihanı dini rəhbər ayətullah Əli Xamneyiyə qarşı təxribatçı çıxışda günahlandırıb. General Məhəmməd Əli Cəfərinin sözlərinə görə Xatəmi 6 ay əvvəl etdiyi çıxışlarının birində deyib ki, əgər Əhmədinejad seçkidə məğlub olsa, rəhbərlik də (Xamneyi) faktiki olaraq ləğv ediləcək. Belə ki, əgər islahatçılar hökuməti ələ keçirsələr, rəhbər artıq cəmiyyətdə heç bir güc və nüfuza malik olmayacaq. Mühafizəkar cərəyanın süqutu rəhbərin iqtidarının sonu anlamında olacaq. General Məhəmməd Əli Cəfərinin bu sözlərini şərhçilər müxalifətin təqib dalğasının daha da yüksək səviyyəyə qalxmasının mümkünlüyü ilə izah edirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar