SON XƏBƏRLƏR

Doğu Türküstanda daha bir aksiya dalğası

2021.10.20, 07:36
Doğu Türküstanda daha bir aksiya dalğası

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Doğu Türküstanın paytaxti Urumçidə yeni aksiya dalğası başlayıb. Şəhər mərkəzinə yaxın bölgələrdə yaşayan şahidlərin verdikləri məlumatlara görə, minlərlə xan etnik qrupuna mənsub çinli, Urumçinin mərkəzində toplaşaraq, yerli hökumətinə və Urumçi şəhərindəki qayda -qanunlara etiraz olaraq şüarlar səsləndiriblər. etiraz aksiyalarına minlərlə insan qoşulub. Dünya Uyğur Türkləri Konfederasiyasının sədrinin köməkçisi Seyid Tümtürk CNN Türk-ə bildirib ki, onlara xalqın vilayət evi yaxınlığıda toplaşaraq etiraz aksiyası keçirməsi barədə məlumatlar gəlib. "Beynəlxalq agentliklər də bunu təsdiqləyib. 5 iyulda başlayan hadisələrdə saxlanılanların işgəncələrə məruz qalması barədə xəbərər yayılıb. Həbslərin davam etdiyini də eşidirik. Etiraz aksiyası bunlara qarşı təşkil edilib". Hazırda Urumçinin mərkəzinə Çin ordusnun hərbiçiləri yeridilib. Onun sözlərinə görə, "Xalq çaşqınlıqdan nə edəcəyini bilmir. İtkin, ölü və yaralıların aqibətindən məlumat almaq olmur. BMT Çinə "dayan" deməsə, yenə minlərlə insan həyatını itirə bilər". bölgəyə müstəqil müşahidəçilər getməyib və idarəetmə Çindədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar