SON XƏBƏRLƏR

Türkiyə-Ermənistan yaxınlaşması ABŞ mətbuatınıda

2021.10.20, 07:36
Türkiyə-Ermənistan yaxınlaşması ABŞ mətbuatınıda

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Türkiyə-Ermənistan yaxunlaşması qərb mətbuatının gündəmindədir. VOA-dan aldığımız məlumata görə bu haqda bir neçə mühüm KİV-də qeyd alınmış yazıları diqqətinizə çatdiririq. Washington Post qəzeti yazır ki,Türkiyə diplomatik əlaqələri bərpa edəcək protokola əsasən ilin sonuna kimi Ermənistanla sərhədlərini açmağa ümid edir. Bir əsrə yaxındır davam edən düşmənçiliyə son qoymağı planlaşdıran plana görə diplomatik əlaqəsi olmayan iki ölkə arasında 6 həftə ərzində saziş imzalanmalıdır. Qəzet Türkiyə xarici işlər naziri Əhmət Davudoğlunun NTV telekanalına açıqlamasına istinadən bildirir: “Əgər hər şey planlaşdırıldığı kimi getsə və ortaq addımlar atılsa, sərhədlər Yeni İl zamanı açıla bilər”. Qəzet bildirir ki, sərhədlərin açılması və Ermənistanla əlaqələrin qurulması Türkiyənin regionda təsirini artıracaq və Ankaranın Avropa Birliyinə qoşulmaq səylərini sürətləndirəcək. Washington Post-un məlumatında deyilir ki, bu plan Ermənistanın da maraqlarına xidmət edəcək, belə ki, Yerevanın bununla Türkiyə və Avropa bazarlarına yolu açılacaq. “Türkiyə Ermənistan münasibətlərinin normallaşması istiqamətində addımlar regionda təhlükəsizliyin gücləndirilməsi səyi kimi ABŞ tərəfindən yüksək qiymətləndirilsə də, Qərbin və xüsusilə planda tutulan Nabucco boru xəttinin başlıca enerji mənbəyi olan Azərbaycanı qəzəbləndirə bilər”- deyə qəzetdə bildirilir. Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poluxovdan gətirilən sitatda deyilir: “Dağlıq Qarabağ münaqişəsi həll edilmədən Türkiyə-Ermənistan sərhədinin açılması Azərbaycanın milli maraqlarına ziddir”. New York Times-da dərc olunan məqalədə isə 15 ildir bağlı olan Türkiyə Ermənistan sərhədinin diplomatik əlaqələr bərpa olunandan sonra ticarətə açılacağı yazılır. Türkiyənin Xarici İşlər Nazirliyinə istinad edilən məqalədə deyilir ki, iki ölkə parlamentinin diplomatik münasibətlərin bərpasını ratifikasiyasından sonra 2 ay ərzində sərhədlər açıla bilər. Protokol habelə ermənilərin iddia etdiyi soyqırım məsələsini araşdırmaq üçün beynəlxalq tarix komissiyası yaradılmasına çağırır. CNN - telekanalının vebsəhifəsində Türkiyə və Ermənistan sülh razılığına doğrubaşlıqlıməqalədə siyasi ekspertlərin narahatlıqlarına yer verilir. Məqalənin müəllifi İvan Vatson yazır ki, politoloqlar türklərlə ermənilər arasında bir əsrə yaxındır davam edən genosid məsələsinə son qoymaq və 15 ildir bağlı olan sərhədləri açmaq üçün böyük problemlərin qaldığını bildirir. Məqalədə Əhmət Davutoğlunun bu sözlərinə də yer verilir: “Təsdiq prosesinin nə qədər davam edəcəyi bəlli deyil”. CNN Ankara və Yerevan arasında son diplomatik hadisələri yaxından izləyən İstanbulda yerləşən Avropa Sabitlik Təşəbbüsünün əməkdaşı Nigar Göksələ istinad edir: “Mən bunu dönüş nöqtəsi görmürəm, çünki nə qədər ki, hər şey parlamentin təsdiqindən asılıdır, hər zaman ən başa qayıtmaq mümkündür”. Wall Street Journal isə bu pakta dair beynəlxalq reaksiyalara yer verib. Azərbaycan regional Paktı şübhə altına alırbaşlığı ilə dərc olunan məqalədə deyilir ki, Türkiyə və Ermənistanın yeni səyləri Brüsseldə və Vaşinqtonda yüksək qiymətləndirilsə də, ilin əvvəlində barışığa etiraz edən Azərbaycan yenidən prosesi şübhə altına alır. Protokol haqda məlumat verilən yazıda müəllif Türkiyənin Ermənistanla sərhədlərini 1993-cü ildə Ermənistanın Azərbaycan ərazilərini işğalı səbəbilə bağladığını xatırladır. Qəzet yazır: “Avropa Birliyi xarici siyasət nümayəndəsi Havier Solanaprotokolu alqışlayaraq bunu problemli Qafqaz regionuna sabitlik gətirmək üçün mühüm addım kimi qiymətləndirib.” Məqalədə ABŞ Dövlət Departamentinin də razılığı alqışladığı bildirilib.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar