SON XƏBƏRLƏR

40 səfirin geri çağrılması barədə xəbər…

2021.10.20, 07:36
 40 səfirin geri çağrılması barədə xəbər…

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İranın xarici ölkələrdə fəaliyət göstərən 40 səfiri İrana çağrılıb və tutduqları postlarından azad ediliblər. bu xəbəri İran prezidenti Mahmud Əhmədinejada yaxın mənbələr yayıb. 12 iyun prezident seçkisindən sonra baş verən hadisələr, etiraz aksiyaları zamanı M.Əhmədinejadın əsas rəqibi sayılan Mirhüseyn Musəvini və onun tərəfdarlarını dəstək , 40 səfirin geri çağrılması və işlərindən azad olunmasına səbəb kimi bildirilib. Hətta Mahmud Əhmədinejad hökumətinə və qatı mühafizəkarlara yaxın “Fars” agentliyi də 40 səfirin məhz bu səbəbdən – “iğtişaşçılara dəstək verdikləri üçün” geri çağırıldığını yazıb. Qeyd etmək lazımdır ki Yenidən prezident seçilən M.Əhmədinejad avqustun 30-da İran parlamentinə təsdiqlənməsi üçün yeni hökumət üzvlərinin siyahısından danışarkən Xarici İşlər Nazirliyində də geniş dəyişikliklər ediləcəyini, İranın xarici ölkələrdəki səfirliklərinə “inqilab əsaslarına inamı olan” şəxslərin başçı təyin ediləcəyini bildirmişdi. Təhlilçilərin fikrinə görə Əhmədinəjadın bu deyimi, mətbuatın səbəb kimi göstərdikləri iddianın bariz təsdiqidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar