SON XƏBƏRLƏR

İran bu iki gənc qadını edam edəcək

2021.10.20, 07:36
İran bu iki gənc qadını edam edəcək

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Tehranda yerləşən bir həbsxanada saxlanılan 27 yaşlı Məryəm Rüstəmpur və 30 yaşlı Mərziyə İsmailabadi adlı iki qadın dinlərini dəyişərək islamdan xristianlığa keçdikləri iddiası ilə edam olunacaqlar. Aldığımız məlumata görə, Məryəm və Mərziyə hər əzan vaxtı töhmətlənir, tənqid olunur, az yemək və su verilərək cəzalandırılır. adıçəkilən qadınlar bu ilin mart ayının 5-də, evlərində axtarış aparılarkən "İncil" kitabı tpılandandan sonra həbs olunublar. bu iki qadının azadlığa buraxılması üçün mübarizə aparan yazar Sabatina James, “Bir nəfərlik hücrədə yaşayırlar və gözü bağlı şəkildə açıqlama verirlər. Gündə 5 dəfə əzan saatlarında töhmətlənirlər. Çox az su və yemək verilir” - deyə üsyan edib. Xatırladaq ki İran dinini dəyişdirənləri mürtəd adlandıraraq zindanlarda qeyd olunduğu kimi yanaşır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar