SON XƏBƏRLƏR

Vəfa Quluzadə: “Türkiyə nəyə görə Ermənistan qarşısında diz çökür?”

2021.10.20, 07:36
Vəfa Quluzadə: “Türkiyə nəyə görə Ermənistan qarşısında diz çökür?”

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin RİA-dan aldığı məlumata görə, Vəfa Quluzadə Türkiyə və Ermənistan arasında diplomatik münasibətlərin qurulması üzrə danışıqların başlanması haqda Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatını “Day.az” saytına şərh edərkən bildirib. “Hesab edirəm ki, bu qərar Azərbaycanda Türkiyə əleyhinə güclü əhval-ruhiyyə qaldıracaq. Çünki Azərbaycan xalqı bunu başa düşə bilməz. Bu vaxta kimi bizim xalqa başa salmayıblar ki, nəyə görə Türkiyə, Azərbaycan torpaqlarının işğalının davam etdiyi və Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınmadığı bir şəraitdə Ermənistan qarşısında diz çökür?”-deyə Quluzadə bildirib. “Hesab edirəm ki, Türkiyə bu addıma ona görə gedir ki, bu ölkəyə bir tərəfdən prezident Barak Obama, digər tərəfdən erməni diasporası təzyiq edir, üçüncü tərəfdən Türkiyə Avropa Birliyinə daxil olmağı arzulayır, dördüncü tərəfdən Türkiyə özünü o qədər qüdrətli dövlət hesab edir ki, Ermənistanla sərhədin açılması ona qarşı hər hansı mənfi faktora yol açmayacaq”-deyə Quluzadə bildirib. “Türkiyə bu addımı ilə yalnız öz düşmənlərini möhkəmləndirir. Mən təsəvvür edə bilmirəm ki, əgər sərhədlər açılsa, biz işğal altında olan torpaqlar azad olunmayınca Ermənistanla sərhədin açılmayacağını vəd etmiş baş nazir Rəcəb Tayyib Ərdoğanın, prezident Abdullah Gülün üzünə necə baxacağıq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar