SON XƏBƏRLƏR

ABŞ, İranı geri oturtdu

2021.10.20, 07:36
ABŞ, İranı geri oturtdu

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin “Reuters”-dən aldığı məlumata görə, İran 5+1 qrupunun tələblərinə boyun əyməkdədir. Bu məlumata görə İran aparıcı dünya ölkələrilə danışıqları bərpa etməyə hazırdır. İranın nüvə proqramı üzrə elçisi Səid Cəlili bildirib ki İran nüvə sazişinin yeni variantını hazırlayıb və aparıcı dünya ölkələrilə danışıqları bərpa etməyə hazırdır. Qeyd edək ki ABŞ prezidenti Barak Obama İslam Respublikasından altı aparıcı ölkənin nüvə proqramı üzrə danışıqlara dair təkliflərini nəzərdən keçirməyi tələb etmişdi. İran hakimiyəti son vaxtlarda belə bir addım atmadığı üçün bu hərəkəti yumşalmış bir mövqe kimi qiymətləndirmək mümkündür.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar