SON XƏBƏRLƏR

Əhmət Davutoğlu: hər şey plan üzrə getsə sərhəd yanvar ayının birinə qədər açıla bilər

2021.10.20, 07:36
Əhmət Davutoğlu: hər şey plan üzrə getsə sərhəd yanvar ayının birinə qədər açıla bilər

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Türkiyənin Xarici İşlər naziri Əhmət Davutoğlu Türkiyənin NTV tele-şirkətinə müsahibə zamanı bildirib ki hər şey plan üzrə getsə və qarşılıqlı addımlar atılsa, sərhəd yanvar ayının birinə qədər açıla bilər. Qeyd edək ki iki ölkə arasında 1993-cü ildə Ermənistanın Dağlıq Qarabağda dəstəklədiyi sepratçılarla birlikdə Azərbaycana qarşı apardıqları müharibəyə görə, Türkiyə həmrəylik göstərərək iki ölkə arasındakı sərhəddi bağlamışdı. Davutoğıu deyib ki, Türkiyə Azərbaycanın maraqlarına zərbə vura biləcək heç bir addım atmayacaq. Analoji bəyanatlar Türkiyənin başqa rəsmiləri tərəfindən dilə gətirilsədə, heç vaxt Azərbaycanda belə bəyanatlara münasibət bir mənali olmayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar