SON XƏBƏRLƏR

Türkmənistan xəzərdəki hərbi bazasını gücləndirir. yeni gəmilər alınır

2021.10.20, 07:36
Türkmənistan xəzərdəki hərbi bazasını gücləndirir. yeni gəmilər alınır

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin BBC-yə istinadən yaydığı məlumata görə, Türkmənistan televiziyası ilə nümayiş etdirilən hökumət iclasında prezident Qurbanqulu Berdıməhəmmədov Xəzərdə ölkəsinin maraqlarını qorumaq üçün hərbi bazasının yaradılması zərurətini vurğulayıb. "Biz artıq raket daşıya biləcək qayıqlar alırıq", - deyib Türkmənsitan lideri. Qurbanqulu Berdıməhəmmədov deyib ki, bütün təqdirlərdə baza Xəzərdə olan mübahisəli məsələlərin həllində istifadə olunmamalıdır. "Bizim ərazi iddialarımız yoxdu. Türkmən xalqının rahat həyatını pozmağa çalışan, belə demək mümkündürsə, beynəlxalq terrorist qrupları mövcuddur", - deyib Türkmənistan lideri. Xəzərdəki yeni bazanın nə qədər böyük olacağı dəqiqləşdirilməyib, yalnız o deyilir ki, bazanın inşası 2015-ci ilədək tamamlanmalıdır. Azərbaycanla Türkmənistan arasında Xəzərdəki dəniz yataqlarının mənsubiyyəti ətrafında mübahisə yaşanmaqdadır. İyul ayında Türkmənistan məsələnin həlli üçün beynəlxalq arbitraja müraciət edəcəyini bəyan edib. Türkmən qazının əsas alıcısı olan Rusiyaya hər il 50 milyard kubmetr qaz ixrac edilir. Ötən aprel ayında Aşqabad zəngin yanacaq ehtiyatlarına malik olduğunu bildirərək, qazın qərb istiqamətində də ixracına marağın olduğunu vurğulayıb. Xəzər statusunun çözülməmiş qaldığı bir ərəfədə Türkmənistanın yeni planları Avropanın Rusiyadan qaz asılılığını azaldacaq Nabukko layihəsinə təsir göstərə bilər. Türkmənistan tikilicək Nabukko kəmərini qazla təmin edəcək aparıcı ölkə hesab olunur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar