SON XƏBƏRLƏR

Sarkozi və Merkel: İranın sentyabrın sonuna qədər fürsəti var

2021.10.20, 07:36
Sarkozi və Merkel: İranın sentyabrın sonuna qədər fürsəti var

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, dünən Fransa prezidenti Nikola Sarkozi və Almaniya kansleri Anqela Merkel Berlində görüş keçiriblər. Sarkozi və Merkel ortaq bir mətbuat konfansında öz görüşlərini müxtəlif mövzularla bağlı açıqladılar. o cümlədən İranın nüvə fəaliyətləri məsələsinə və (5+1) qrupunun gələcək proqramlarına aydınlıq gətirdilər. iki Avropa lideri bir daha İranı təhdid etdilər ki əgər (5+1) qrupu ilə həmkarlıq etməsə daha jiddi sanksiyalarla üzləşəcək. Sarkozi bildirib ki İranın sentyabr ayının sonuna qədər vaxtı var ki (5+1) qrupunun tələbinə müsbət cavab versin. bu fürsətdə müsbət cavab verilmədiyi təqdirdə Fransa və Almaniya ikisi birlikdə yeni sanksiyalarla bağlı ortaq mövqe nümayiş etdirəcəklər. Sarkozi əlavə edib ki “İran əhalisi daha yaxşı məsullara layiqdir. Biz İran əhalisinin cəsarətini alqışlayırıq”. Almaniya kansleri Anqela Merkel də vurqulayıb ki əgər İran (5+1) qrupunun tələblərinə cavab verməsə, Almaniya və Fransa İrana qarşı tətbiq olunacaq sanksiyalarda sərt mövqe tutmaqda qərarlıdırlar. Qeyd edək ki Nikola Sarkozi və Anqela Merkel son iki ayda İranla bağlı dəfələrlə buna oxşar bəyanatlar veriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar