SON XƏBƏRLƏR

Ayətüllah Hüseynəli Müntəziri: Xalqın istəyi olmasa, “VİLAYƏT” nə məşru sayılır nədə məqbul

2021.10.20, 07:36
Ayətüllah Hüseynəli Müntəziri: Xalqın istəyi olmasa, “VİLAYƏT” nə məşru sayılır nədə məqbul

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi mətbuata görə, Şiələrin təqlid mərcəsi olan Ayətüllah Hüseynəli Müntəziri “Vilayətin məşruiyəti” insanların azad şəkildə seçimindən asılıdır yoxsa o vilayətin nə məşruiyəti var nədə ki məqbuldur. Ayətüllah Müntəziri “əksəriyətin səsinin vilayətin məşru və məqbul olub olmamasında nə kimi rolu var?” sualını belə cavablandırıb. Dünən müxalifət düşərgəsinə yaxun olan vebsayt-dan biri Ayətüllah Müntəzirinin bu fikrini yayıb. “Şiələrin imamları höküməti ələ keçirmək və onu öz əllərində saxlamaq üçün zor tətbiq ediblərmi?” sualını isə Ayətüllah Mentəziri belə cavablandırıb: tarixdə belə bir şey yazılmayıb ki bizim imamlar qüdrətə və hökümətə çatmaq üçün zor və güc yolunu seçsinlər vəya hər hansı bir silaha əl atsınlar. Təqlid mərcəsi olan Ayətüllah Müntəziri vurqulayıb ki heç vaxt islam dini xalqa höküm sürməyi zor və güc bahasına qəbul etməyib. Qeyd edək ki islami hökümətin məşru və məqbul sayılması məsələsinin mahiyəti o mövzulardandır ki mübahisəlidir və bu mövzuda müxtəlif dini alimlərin fikir ayrılıqları var.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar