SON XƏBƏRLƏR

ABŞ və Fransa, Türkiyə və Ermənistanın yaxinlaşmasını alqışlayıblar

2021.10.20, 07:36
ABŞ və Fransa, Türkiyə və Ermənistanın yaxinlaşmasını alqışlayıblar

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin yerli və xarici KİV-nə istinadən yaydığı məlumata görə, ABŞ, Türkiyə və Ermənistanın yaxınlaşmasını alqışlayır. Bu barədə ABŞ Dövlət Departamentinin məlumatında deyilir. Məlumatda bilidirilir ki, ABŞ-ın mövqeyi hər zaman münasibətlərin heç bir ilkin şərtsiz və səmərəli vaxtda qaydaya salınması olub. “Bəyanatda qeyd olunduğu kimi, biz Türkiyə və Ermənistanı razılaşma çərçivəsində operativ hərəkət etməyə çağırırıq. Biz əvvəllər olduğu kimi hər iki ölkə rəhbərliyi ilə sıx əməkdaşlıq etməyə hazırıq. Biz Ermənistanı və Türkiyəni bu istiqamətdə işləri sürətləndirməyə və razılaşmada qeyd olunan prinsiplərə riayət etməyə çağırırıq”, deyə Dövlət Departamentinin rəsmi nümayəndəsi Yan Kellinin bəyanatında bildirilir. «Böyük iyrimilər»-in sammiti öncəsi berlində Ermənistan Türkiyə münasibətlərinin normalaşdırılması məsələsinə toxunan Nikola Sarkozi bu addımın region üçün yararlı olacağını bildirib. Xatırladaq ki, dünən Türkiyə və Ermənistan İsveçrənin vasitəçiliyi ilə “Diplomatik münasibətlərin qurulması barədə Protokol” və “İkitərəfli əlaqələrin inkişafı barədə Protokol” ətrafında məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəliblər. Bu barədə Türkiyə XİN-in məlumatında deyilir ki, siyasi məsləhətləşmələr altı həftə ərzində başa çatacaq və sonra iki ölkə parlamentinin müzakirəsinə veriləcək iki protokol imzalanacaq. Hər iki protokol ikitərəfli münasibətlərin normallaşması üçün əsas yaratmalıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar