SON XƏBƏRLƏR

ortaq bəyanatın detalları bəlli oldu

2021.10.20, 07:36
ortaq bəyanatın detalları bəlli oldu

Gunaz.tv
Ermənistan XİN: ““İkitərəfli əlaqələrin inkişafı barədə Protokol” qüvvəyə minəndən sonra iki ay ərzində sərhədlərin açılması barədə razılığa gəlinib" Ermənistan və Türkiyə dövlət sərhədlərinin “İkitərəfli əlaqələrin inkişafı barədə Protokol” qüvvəyə minəndən sonra iki ay ərzində açılması barədə razılığa gəliblər. ANS PRESS, RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan XİN yayıb. Məlumatda deyilir ki, iki dövlət razılığa gəlib ki, xarici işlər nazirlikləri səviyyəsində mütəmadi siyasi məsləhətləşmələr keçirilsin, qarşılıqlı etimadın bərpası üçün iki xalqlın dialoqu təşkil edilsin, iki ölkə arasında mövcud nəqliyyat kommunikasiyaları, enerji infrastrukturları və şəbəkələrindən tam həcmdə istifadə olunsun, elm və təhsil sahəsində əməkdaşlıq həyata keçirilsin, mədəni irsin qorunması istiqamətində işlər aparılsın, “Konsulluq əlaqələri haqqında 1963-cü il Vyana konvensiyası”na uyğun olaraq iki ölkə vətəndaşlarına lazımi dəstəyin verilməsi məqsədilə konsulluq xidmətləri sahəsində əməkdaşlıq qurulsun, ticarət, turizm və iqtisadi əməkdaşlıq istiqamətində konkret addımlar atılsın, təbiətin qorunması məsələsində dialoq qurulsun və möhkəmləndirilsin. Sənəddə o da deyilir ki, “İkitərəfli əlaqələrin inkişafı barədə Protokol”un reallaşdırılması üçün ikitərəfli hökumətlərarası komissiya yardılacaq Komissiyanın görəcəyi tədbirlərin proqramının hazırlanması üçün Prtokol imzalandıqdan bir ay sonra iki ölkə xarici işlər nazirlikləri arasında işçi qrupun yaradılması da nəzərdə tutulur. Xatırladaq ki, Türkiyə və Ermənistan İsveçrənin vasitəçiliyi ilə “Diplomatik münasibətlərin qurulması barədə Protokol” və “İkitərəfli əlaqələrin inkişafı barədə Protokol” ətrafında məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəliblər. Türkiyə XİN-in internet səhifəsində yerləşdirilmiş məlumatda deyilir ki, siyasi məsləhətləşmələr altı həftə ərzində başa çatacaq və sonra iki ölkə parlamentinin müzakirəsinə veriləcək iki protokol imzalanacaq. Hər iki protokol ikitərəfli münasibətlərin normallaşması üçün əsas yaratmalıdır.ans

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar