SON XƏBƏRLƏR

Türkiyə ilə Ermənistan arasında gözlənilən razılıq əldə olunub

2021.10.20, 07:36
Türkiyə ilə Ermənistan arasında gözlənilən razılıq əldə olunub

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, dünən avqust ayının 31-də Türkiyə ilə Ermənistan arasında önəmli razılıq əldə edilib. İsveçrənin vasitəçilyi ilə keçirilən təmaslardan sonra verilmiş birgə bəyanatda ölkələr deyiblər ki, bundan sonra imzalanmış protokollar parlamentlərin ratifikasiyasına təqdim ediləcək. əldə olunan razılığa görə iki ölkə “Diplomatik münasibətlərin qurulması barədə Protokol” və “İkitərəfli əlaqələrin inkişafı barədə Protokol” ətrafında məsləhətləşmələrini davam etdirəcəklər. Türkiyə XİN-nin internət saytında yayılan məlumata görə, Məsləhətləşmələrin 6 həftə ərzində yekunlaşdırılması, işlənib hazırlanan yekun sənədlərinin isə iki ölkənin parlamenti tərəfindən ratifikasiya olunması gözlənilir. Ermənistan və Türkiyə hökumətləri aparılacaq danışıqları "daxili siyasi məsləhətləşmələr" adlandrırlar. Aprel ayında Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırımasına dair yol xəritəsi əldə edilmişdi. O zaman bu hadisə Azərbaycanın kəskin reaksiyasına səbəb olmuşdu. Qeyd edək ki Türkiyə-Ermənistan münasibətləri uzun müddət iki əsas məsələ - 1915-ci ildə Osmanlı Türkiyəsində baş verən hadisələrə münasibət və Qarabağ problemi səbəbindən soyuq olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar