SON XƏBƏRLƏR

Kərrubi: Qüds günü xalqın gücünü bir daha görəcəksiniz

2021.10.20, 07:36
Kərrubi: Qüds günü xalqın gücünü bir daha görəcəksiniz

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, “milli etimad partiyası”nın baş katibi və prezident seçki nəticələrini tanımayan namzəd Mehdi Kərrubi bu partiyanın mərkəzi şurasının üzvləri ilə görüşdə bir daha seçki nəticəsinin saxta olduğunu bildirib. O əlavə edib ki siz Qüds günü xalqın gücünü bir daha görəcəksiniz və bir daha biləcəksiniz ki xalq hansı fikir və əndişəyə malikdir. Cənab Kərrubi həmçnin qeyd edib ki “milli etimad qəzeti”nin bağlanması və onun internet saytının filter olunması bizim iradəmizə xələl gətirə bilməz. Belə təzyiqlər bizim hərakatımızı ləngidə bilməz. O vurqulayıb ki siz hamınız jiddi və iradəli şəkildə öz təşkilat fəaliyətinizi dəvam etdirməlisiniz. Xatırladaq ki İran islam inqilabının qurucusu Ayətüllah Xomeyni rəməzan ayının son cüməsini “dünya Qüds günü” təyib edib. İranda hər il Qüds günü münasibəti ilə İsrailin əleyhinə kütləvi aksiyalar baş tutur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar