SON XƏBƏRLƏR

Ölkə parlamenti Əhmədinəjadın irəli sürdüyü 21 namzəddən 16-na səs verməyib

2021.10.20, 07:36
Ölkə parlamenti Əhmədinəjadın irəli sürdüyü 21 namzəddən 16-na səs verməyib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Ölkə parlamenti Əhmədinəjadın irəli sürdüyü 21 namzəddən 16-na səs verməyib. İranın dövlət başçısı Mahmud Əhmedinejad, deyəsən, artıq dövlətdə olan güvənini itirir. Belə ki, ötən gün ölkə parlamentini razı salmaqdan ötrü əlindən gələni edən M. Əhmədinejad yeni hökumətin tərkibi üçün parlamentdən səs ala bilməyib. Parlament iclasında prezident Mahmud Əhmədinejadın Nazirlər Kabinetinə namizədliyini irəli sürdüyü 21 nəfərdən 16 –nın təsdiq edilməyəcəyi bəlli olub. Mənbədən verilən məlumata görə, mühafizəkarlar 16 nəfərin nazir olmaq üçün təcrübəsiz olduğunu iddia edirlər. Üç qadının isə nazir olmasına qarşı çıxış ediblər. Qadınların səhiyyə, sosial təminat və təhsil nazirliklərinə rəhbərlik edəcəyi nəzərdə tutulur. Öz növbəsində Əhmədinejad mühafizəkarlara qarşı çıxış edərək namizədliyini irəli sürdüyü qadınları müdafiə edib. İran parlamentində müzakirələrin bu gün də davam edəcəyi bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar