SON XƏBƏRLƏR

Qubadlısız 16-cı il

2021.10.20, 07:36
Qubadlısız 16-cı il

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, 1993- cü il avqustun 30-da Gorusdan hücum edən Ermənistan ordusu Yazı düzündə müqavimətlə qarşılaşsa da, Laçından maneəsiz keçib, Muradxanlı kəndinə daxil oldu. Qoşun hissələri Həkəri çayı boyu bütün kəndləri atəşə tutdu və həmin gecə Xanlıq kəndinə qədər olan bütün yaşayış məntəqələri ermənilərin əlinə keçdi. 1993-cü il avqustun 31-də hərtərəfli mühasirəyə düşmüş Qubadlı sakinlərinin ərazini tərk etməkdən başqa çarəsi qalmadı. Rayon uğrunda gedən döyüşlərdə 54 nəfər şəhid oldu. Ümumililikdə isə Qubadlı 230 şəhid verib, 146 nəfər əlil olub. Qubadlını itirməklə Azərbaycan iqtisadi, mədəni, tarixi itkilərlə də üz-üzə qalıb. Aşağı Mollu və Həmzəli kəndlərinin hər birində IX, Əliquluuşağı kəndində V, "Gavur dərəsi" deyilən ərazidə isə IV əsrə aid 1 qədim mağara, V əsrdə tikilmiş Göy Qala, Muradxanlıda "Qalalı" qalası, Xocamsaxlı kəndindəki tarixi abidələrin hamısı düşmən tapdağı altına keçib. Hazırda bu abidələrin taleyi məlum deyil. Qubadlının işğalı nəticəsində həmçinin 445 min kvadrat metr mənzil fondu, 4 tibb ocağı, 6 uşaq bağçası, 61 ümumtəhsil məktəbi, 10 mədəniyyət evi, 24 klub, 1 tarixi- diyarşünaslıq muzeyi, 60 kitabxana dağıdılıb, 94 kənd və qəsəbə, 205 mədəni-məişət obyekti, 12 tarixi abidə isə yandırılıb və talan edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar