SON XƏBƏRLƏR

Serj Sarkisyan BBC-yə MÜSAHİBƏ verib

2021.10.20, 07:36
Serj Sarkisyan BBC-yə MÜSAHİBƏ verib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzi Ermənistan prezidenti Serj Sarkisyanın BBC-yə verdiyi müsahibəni tam mətni ilə təqdim edir. Ermənistan prezidenti Serj Sarkisyanın Türkiyəyə iki ölkənin yığma komandaları arasında futbol matçını seyr etmək üçün Türkiyə prezidentinin səfərinə cavab olaraq səfər etməsi məsələsi mətbuatda müzakirə edilməkdədir. Buna hələ də birmənalı konkret cavab verilməyib. BBC-nin müxbiri Qabriyel Qeythauz Türkiyə-Ermənistan münasibətlərinin səhmana salınmasına dair prezident Sarkisyanla müsahibədə öz növbəsində futbol diplomatiyası məqamına da toxunub və onun Serj Sarkisyana ilk sualı futbol matçını izləmək üçün Türkiyəyə səfər edəcəyi ilə bağlı olub: Bu sualın iki cavabı var. Birinci cavab belədir - mənim ora gedib-getməməyim mühüm deyil, çünki mənim ora futbol üçün səfərimi bizim Türkiyə ilə münasibətlərimizin normallaşdırılması ilə əlaqələndrimək də olar, ələqaləndirməmək də. Beləliklə, iki variant var. Birincisi, fərz edək ki, biz aramızdakı danışıqları dondururuq və mən futbol matçını seyr etmək üçün Türkiyəyə səfər edirəm. İkinci variant - biz danışıqları davam edirik, lakin mən futbola baxmaq üçün ora səfər etmirəm. Bunlardan hansı vacibdir? Yəni, demək istədiyim odur ki, əgər Siz Türkiyə ilə münasibətlərin hazırkı durumu və oktyabra qədər hər hansı nəticənin mümkünlüyü kontekstində sual verirsinizsə mənim cavabım belədir. SUAL. Elə mən də bunu öyrənmək istəyirəm. Sizə Ankaradan nəyi eşitmək gərəkdir ki, bu danışıqlar dondurulmuş vəziyyətdən çıxsın? Mən bu suala bundan əvvəl də cavab vermişəm, amma yenə də təkrar edərdim ki, əgər sərhədlər açılsa və ya futbol matçının keçiriləcəyi zaman üçün sərhədlər açılmağa yaxın olsa mən Türkiyəyə gedəcəyəm. Yəni, əgər türklər bizim razılaşmaları həyata keçirsələr - bu bir məsələ olacaq. Lakin əgər biz bundan əvvəl danışılan razılaşmalara əməl etmiriksə, onda vəziyyət başqa cürdür. Və biz Türkiyə ilə razılaşmalara gəlmişdik. Və mən düşünürəm ki, tərəflər razılaşmalara əməl edəndə - bu düzgün, normal yoldur. Lakin, təəssüflər olsun, mən Türkiyənin bu razılaşmalara riayət etməsinə böyük həvəsini görmürəm. Bizim əsas istəyimiz - Türkiyə ilə heç bir ilkin şərt olmadan münasibətləri səhmana salmaqdır. SUAL. Siz 1915-ci il hadisələri və Türkiyənin bu hadisələri soyqırım kimi adlandırması məsələsində güzəştlərə hazırsınızmı? Fikrimcə, tarixi ədalətin bərpası həm bizim üçün, həm Türkiyə üçün, həm dünya ictimaiyyəti üçün vacibdir. Çünki bu iki ölkə və xalqlar arasında normal münasibətlərin qurulub bərqərar edilməsi, və gələcəkdə bu halların təkrar olunmaması baxımından mühümdür. Lakin soyqırımın özünün tanınmasına bizim Türkiyə ilə münasibətlərin normallaşdırılması üçün ilkin şərt kimi baxmırıq. SUAL. Deməli, güzəştlər üçün imkanlar var, elədirmi? Xeyr, bunu güzəşt adlandırmaq olmaz. Biz deyirik ki, bəli, soyqırım olub, bunu Türkiyənin bü gün etiraf edib-etməsindən asılı olmayaraq olub, və bir çox ölkələr bunu soyqırımı kimi tanıyıb. Və soyqırımını sübut edən faktlar da var. Lakin indiki anda biz Türkiyənin bu soyqırımı tanımasını bizim aramızdakı münasibətlərin normallaşdırılması üçün ilkin şərt kimi görmürük. SUAL. Amma belə görünür ki, bu məsələ sizin Türkiyə ilə münasibətlərin normallaşdırılmasını əngəlləyir. Mənim Yerevanda söhbət etdiyim bir nəfər belə bir bənzətmə işlətdi - əlbəttə, avtomobili sürəndə arxanı göstərən güzgüyə baxmaq lazımdır, amma əsas diqqət yolda, öndə olmalıdır. Siz bu məsələdə irəli getmək üçün bu bənzətmənin haqlı olduğunu düşünmürsünüzmü? Bəli, mən bu fikri başa düşürəm. Bu adam nəzərdə tutur ki, biz irəliyə, gələcəyə baxmalıyıq. Amma o, buna da işarə edib ki, bizim keçmişimizi unutmağa da haqqımız yoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar