SON XƏBƏRLƏR

Məhəmməd Xatəmi: insanları gülləyə tutanlar mühakimə olunmalıdır

2021.10.20, 07:36
 Məhəmməd Xatəmi: insanları gülləyə tutanlar mühakimə olunmalıdır

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İran İslam Respublikasının keçmiş prezideti Məhəmməd Xatəmi 12 iyun prezident seçkisindən sonrakı hadisələrin əsas səbəbkarlarını sərt tənqid edərək xiyabanlarda insanları güllə atəşinə tutanların açıq mühakimə olunmasını tələb etdi. O vurqulayıb ki islahatçılar gərək siyasi mübarizə səhnəsində qalsınlar. İranın keçmiş prezidetni cənab Məhəmməd Xatəmi islahat cəbhəsinin üzvləri ilə görüşdə vurqulayıb ki 12 iyun seçkilərindən sonra baş verən hadisələr onu göstərir ki islahatçılıq şüari ilə siyasi meydanda qalmağa jiddi ehtiyac var. O deyib ki biz inqilaba bağlıyıq ondan pəşiman deyilik. Xatəmi əlavə edib ki bir çox inqilabçı iddiaçıların üzündən “islamiyət” və “cümhuriyət” məfhumları təhlükə altındadır. Eks prezident əlavə edib ki bu gün keçmişdən daha çox dəyişikliklərdə israrlı olmalıyıq. O dəyişikliyi anayasanın təməlinə dönüş və İslam Respublikasının qurucusu olan Ayətüllah Xomeyninin ideyalarına qayıdış kimi qiymətləndirib. Xatırladaq ki prezident seçkilərindən sonra ölkədə yaranan qarşı durmada çıxış yolunu “Referondom”da görən Xatəmi, ölkənin krizdən çıxması üçün “Referendom” keçirilməsini təklif etmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar