SON XƏBƏRLƏR

Türkiyə müxalifəti: Kürd probleminin həlli üçün hökumətə raport hazırlayan şəxs Türkiyə-Ermənistan “yol xəritəsi”nin müəllifidir

2021.10.20, 07:36
Türkiyə müxalifəti: Kürd probleminin həlli üçün hökumətə raport hazırlayan şəxs Türkiyə-Ermənistan “yol xəritəsi”nin müəllifidir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin "apa"ya istinadən yaydığı məlumata görə, Kürd probleminin həlli üçün Türkiyə hökumətinə raport hazırlayan ABŞ-ın “Atlantic Council” təşkilatının eksperti David Filips ABŞ hökumətinin dəstəyi ilə yaradılan Türkiyə-Ermənistan uzlaşma komissiyasının sədri olub. APA-nın ANKA agentliyinə istinadən verdiyi xəbərə görə, bu məlumatı ictimaiyyətə Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının sədr müavini, millət vəkili, Türkiyənin NATO-dakı sabiq səfiri Onur Öymən deyib. O bildirib ki, bu məlumat Türkiyənin mövcud hökumətinin həm kürd məsələsi, həm də Ermənistanla bağlı məsələdə xarici dairələrin təsiri ilə addım atdığını və təslimçi mövqe tutduğunu göstərir. O. Öymən Türkiyə-Ermənistan komissiyasının 3 türk üzvünün qurumun fəaliyyətindən narahatlıq duyaraq istefa verdiklərini, digər üzvlərin isə “yol xəritəsi” hazırlayaraq iki ölkə hökumətlərinə təqdim etdiklərini söyləyib. Keçmiş diplomat əlavə edib ki, “yol xəritəsi” ictimaiyyətə açıqlanmasa da, bəzi mənbələrin məlumatına əsasən sənəddə Türkiyə-Ermənistan sərhədlərinin qeyd-şərtsiz açılması əksini tapıb: “Prezident Obama da Türkiyə parlamentindəki çıxışında hər hansı şərtdən bəhs etməyərək Türkiyənin Ermənistanla sərhədi açmasını və bu ölkə ilə münasibətlərini normallaşdırmasını istəmişdi. Obamanın çıxışından sonra bəzi AKP millət vəkilləri və iqtidaryönlü mətbuat sərhədin şərt irəli sürmədən açılmasına tərəfdar çıxdılar. Ancaq Azərbaycan prezidenti İlham Əliyevin güclü etirazından sonra baş nazir Azərbaycana səfər edərək Dağlıq Qarabağ problemi həll edilmədən Ermənistanla sərhədlərin açılmayacağını bəyan etdi. Buna baxmayaraq, son vaxtlar bəzi xarici dairələr Ermənistanla sərhədlərin açılması üçün hökumətə təzyiqlərini artırıblar”. Qeyd edək ki, Türkiyə hökuməti kürd probleminin həlli üçün ciddi addımların atılacağını açıqlayıb. Lakin bu addımların nədən ibarət olacağı hələlik bəlli deyil.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar