SON XƏBƏRLƏR

Mahmud Əhmədinəjaddan məhkəmə çağırışı

2021.10.20, 07:36
Mahmud Əhmədinəjaddan məhkəmə çağırışı

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Cümə günü Tehranda xalqa televiziya ilə müraciətində prezident deyib ki, müxalifət liderlərinin "qarşısı alınmalı" və "düşmən planlarını həyata keçirdiklərinə" görə məsul bilinməlidirlər. 0 baş vermiş etiraz aksiyalarına rəhbərlik edən müxalifət liderlərinin mühakimə edilməsinə çağırıb. Mahmud Əhmədinejadın bu çıxışı ölkədəki gərgin duruma təsadüf edir. Sərt xətt tərəfdarları düşərgəsində müxalifət liderlərinə qarşı nə kimi addımların atılacağı ətrafında yekun fikir yoxdur. Eyni zamanda müxalifətin aparıcı simaları olan Mir-Hüseyn Musəvi ilə sabiq prezident Məhəmməd Xatəmini həbsinə dair çağırışlar güclənir. Təhlilçilər deyir ki, məhkəmələrə cəlb olunan adamların sayının artması ilə yanaşı vəziyyət daha da təhlükəli və qeyri-müəyyən olur. Xatırlatmaq lazımdır ki bu həftənin əvvəlində Ayətüllah Xameneyinin verdiyi məsajla Mahmud Əhmədinəjadın bu bəyanatında ziddiyətlər var.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar