SON XƏBƏRLƏR

“Bolqarıstanda türk yox, müsəlmanlar var" . Bolqaristanda Türk dilinə qarşı kampaniyaya start verilib

2021.10.20, 07:36
“Bolqarıstanda türk yox, müsəlmanlar var" . Bolqaristanda Türk dilinə qarşı kampaniyaya start verilib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Bolqaristanda Gün ərzində 15 dəqiqə türk dilində yayımlanan xəbər bülleteninin qadağan edilməsi istənilib. Bolqarıstanın irqçi və ifrat millətçi partiyası olan “Hücum Partiyası”na məxsus "Skat Tv" adlı xüsusi televiziya kanalı Bolqarıstan dövlət televiziyasında türk dilində xəbərlərin yayımdan yığışdırılması üçün imza kampaniyasına başlayıb. "Hücum Partiyası"nın təşəbbüsü ilə böyük şəhərlərin mərkəzlərində imzatoplama kampaniyasına start verilib Və bu istiqamətdə jiddi fəaliyət gedir. kampaniyanın əsas məsul şəxslərindən biri olan Nenço Nenov kanallardan birinə müsahibəsində Bolqarıstan dövlət televiziyasında (BDT) türk dilində xəbərlərin yayımlanmasına qadağanın qoyulmas ideyasının “SKAT TV” tamaşaçılarından gəldiyini bildirib. N.Nenov bildirin ki Bolqarıstanda türk yox, müsəlmanlar var. Özünü türk olaraq görənlər yalnız özlərinə zərər verir”. Toplanan imzalar sentyabr ayında parlamentə təqdim olunacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar