SON XƏBƏRLƏR

Rusiya Şimali Koreyadan qorunmaq üçün Uzaq Şərqə S-400 raketləri yerləşdirir

2021.10.20, 07:36
Rusiya Şimali Koreyadan qorunmaq üçün Uzaq Şərqə S-400 raketləri yerləşdirir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Rusiya Silahlı Qüvvələri Qəraraqah Rəisi Ordu Generalı Nikolay Makarov Avqustun 26-da verdiyi açıqlamada Şimalı Koreyanın raket sınaqınlarından qorunmaq üçün Uzaq Şərq sərhədlərinə S-400 raketləri yerləşdirəcəklərini elan etdi. Makarov Koreya Xalq Demokratik Respublikasının (KXDR) raket sınaq meydançasının Rusiyaya cox yaxın olduğunu da vurğulayıb və bölgəyə yerləşdirilməsi planlanan S-400 raketlərinin önləyici tədbir xarakteri daşıdığını bildirib. Rusiyalı general yerləşdiriləcək S-400 raketlrinin əsas vəzifəsinin Şimali Koreyanın sınaqları zamanı Rusiya ərazisinə yönələ biləcək raketləri vəya raket parçalarını zərərsizləşdirmək olduğunu qeyd edib. Xatırladaq ki, Rusiyanin Uzaq Şərq sərhədinə yerləşdirmək istədiyi S-400 “Trium” tipli zenit raket kompleksi tamamilə avtomatik sistemə malikdir və Rus silah sənayesinin ən son nailiyyətlərindən hesab olunur. Makarovun Uzaq Şərqə S-400 yerləşdiriləcəyinə dair açıqlamaları artıq Rusiya siyasətçiləri arasında da dəstəklənməyə başlanıb. Belə ki, Federasiya Şurasının Beynəlxalq Münasibətlər Komitəsinin Sədri Mixail Margelov Uzaq Şərqə S-400 yerləşdirilməsini doğru bir addım kimi xarakterizə edib. Margelov Rusiyanın bu addımının ABŞ-ın Şərqi Avropaya RƏMS yerləşdirmə qərarı ilə eyniləşdirilməsinə də qarşı çıxıb. O, Şərqi Avropadan fəqrli olaraq Uzaq Şərqdə real təhdidin mövcud olduğunu iddia edib. Xatırladaq ki, Rusiya Uzaq Şərqdə KXDR-nin nüvə fəaliyyətlərindən ciddi narahatçılıq keçirdiyini bildirməkdədir. Şimali Koreyanın bu ilin May ayında yeraltı nüvə sınağı keçirməsi, İyun ayında isə arxa-arxaya bir neçə qısa mənzilli raketi sınaması Qərb ölkləri ilə bərabər Rusiyanın da təşvişinə səbəb olub. Rusiya, Təhlükəsizlik Şurasının digər üzvləri ilə birlikdə BMT-nin KXDR-yə qarşı tətbiq etdiyi sanksiyaların genişlədilməsinə dəstək verib. Görünən odur ki, Rusiya sadəcə BMT sanksiyalarının yetərli olmayacağını düşünərək təhlükəsizliyi üçün yeni tədbirlər görməyə çalışır. Rəsmi Moskvanın bu addımına qarşı hələlik rəsmi bir reaksiya olmasa da, bu cəhdin xüsusən ABŞ-ın və Çinin narahatçılığına səbəb olması gözlənilməkdədir. ABŞ bir yandan bu addıma Asiyada güc tarazlığını pozacağı üçün qarşı çıxarkən, digər yandan bu addımı özünün Şəqri Avropada RƏMS yerləşdirmə planını legitimləşdirmək üçün münasib səbəb kimi istifadə edə bilər. Yenə Çinin də bölgədəki güc tarazlığını pozacağı üçün buna qarşı çıxacağı, bölgəsəl güc tarazlığını bərpa etmək üçün bəzi cavab addımları atması ehtimal olunur.araztm

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar