SON XƏBƏRLƏR

BAXÇALIDAN SENSASİON BƏYANAT

2021.10.20, 07:36
BAXÇALIDAN SENSASİON BƏYANAT

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Türkiyədə Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı İlkər Başbuğun hökumətin başlatdığı kürd açılımı ilə bağlı bəyanatı ölkədə bu məsələ ətrafında müzakirələri daha da qızışdırıb. Xəbər verildiyi kimi, Başbuğ Qələbə bayramı münasibətilə yaydığı yazılı mesajında terror problemini həll etmək üçün hərbi əməliyyatlara paralel olaraq sosial-mədəni sahələrdə bəzi təşəbbüslərin həyata keçirilə biləcəyini mümkün sayıb.Lakin Başbuğ bəyan edib ki, Türkiyə ordusu terrorçulara qarşı əməliyyatları dayandırmayacaq və terrorçularla təmasları nəzərdə tutan istənilən təşəbbüsə qarşıdır. AKP düşərgəsində hesab edirlər ki, Başbuğun mesajı hökumətin təşəbbüsünün dəstəklənməsidir, bununla belə, ordu komandanı hesab edir ki, bütün tərəflər, o cümlədən hökumət müzakirələr apararkən üsluba diqqət yetirməlidir. MHP-dən isə Başbuğun açıqlamasını şərh edərək bildiriblər ki, onun bəyanatından sonra “kürd açılımı” deyilən layihə bitmiş hesab oluna bilər. Baş nazir Rəcəb Tayyib Ərdoğan isə çıxışı qısa şərh edib: “Proses başlayıb və artıq işləyir, bizi izləyin”. Başbuğun açıqlamasını şərh edən ekspertlərə görə, Baş Qərargah rəisi kürd məsələsi ilə bağlı bir neçə qırmızı xətt çəkib və hökumətin bu xətləri keçməsi ciddi gərginlik yaradaraq ordunun müdaxiləsinə səbəb ola bilər. Bunlardan biri PKK terrorçularına qarşı silahlı əməliyyatların davam edəcədir. Yəni silahlı qüvvələr bəyan edir ki, PKK və onu dəstəkləyən qüvvələrlə hər hansı atəşkəs anlaşması haqda söhbət gedə bilməz. PKK-nın siyasi qolu hesab edilən kürd partiyası DTP-yə görə təşəbbüsün həyata keçə bilməsi üçün ilk növbədə hərbi əməliyyatlar dayandırılmalıdır. AKP-də kürd açılımının əsas məqsədinin “axan qanı dayandırmaq” olduğunu bildirir. Lakin Başbuğun bəyan etdiyi kimi silahlı əməliyyatlar davam edəcəksə hökumətin “axan qanı dayandırmaq” səyləri də boşa çıxacaq. Doğrudur, AKP-nin irəli sürdüyü təşəbbüsdə PKK-ya qarşı hərbi əməliyyatlara ara verilib-verilməməsi barədə məsələnin yer aldığı məlum deyil, ancaq “axan qanı durdurmaq” üçün gərək hərbi əməliyyatlar da dayansın. Hərbi əməliyyatların dayandırılması şərti PKK-nın İmralıda saxlanılan lideri Öcalan və terror təşkilatının dağdakı liderləri tərəfindən də irəli sürülür. Digər qırmızı xətt Türkiyə Konstitusiyasının təməl maddələrindən olan türk milli kimliyinin dəyişdirilməsi cəhdləri ola bilər. Müxalifət hesab edir ki, hökumətin təşəbbüsü məhz Konstitusiyada türk milli kimliyini qaldırıb ora kürd etnik kimliyini də daxil etməyə yönəlib. Baş Qərargah rəisi bəyan edir ki, ordu bu məsələdə tərəfdir. Əgər söhbət Türkiyənin unitar dövlət modelini dəyişdirməyə və etnik kimliyi siyasiləşdirməyə yönələn təşəbbüslərdən gedəcəksə silahlı qüvvələr bu məsələdə öz qətiyyətli mövqeyini ortaya qoymağa hazırdır. Növbəti qırmızı çizgi isə əlində silah tutan terrorçular və onları dəstəkləyənlərlə hər hansı təmasları istisna edir. Müxalifətin ittihamlarına və mətbuatda yazılanlara görə, hökumətin başlatdığı təşəbbüsdə yer alan DTP İmralı adası ilə müntəzəm təmas içərisində olduğuna görə bu prosesdə dolayısıyla PKK-da iştirak edir. Gözlənilir ki, hökumətin təşəbbüsündə PKK-çıların silahları təhvil verib təslim olması, bunun əvəzində onların cəzalarının böyük ölçüdə yüngülləşdirilməsi, azadlığa buraxılanlara maliyə yardımı və iş yerləri verilməsi kimi tədbirlər nəzərdə tutulur.Lakin hələ məlum deyil ki, PKK-çılarla silahların təhvil verilməsinə dair danışıqları aparmaq kimə həvalə olunacaq. Əgər söhbət PKK-çılara geniş aministiya vəd edən qanun çıxarılmasından gedirsə, praktika göstərib ki, bu cür aministiya terror problemini aradan qaldırmaqda o qədər effektli deyil. Deməli, bu dəfə söhbət PKK ilə dolayısı ilə də olsa hansısa siyasi anlaşmadan və bu anlaşma müqabilində terrorçuları tərk-silaha razı salmaqdan gedə bilər. Silahlı qüvvələr isə terrorçularla və onu dəstəkləyənlərlə hər hansı təması istisna edir. Beləliklə, Başbuğun açıqlamasından sonra hökumətin kürd təşəbbüsünün yolu həm açılır, həm də bağlanır. Yəni AKP Başbuğ tərəfindən cızılan cizgilər daxilində hərəkət etməlidir. Əks halda, ordunu qarşısında görəcək. Bu baxımdan Başbuğun bəyanatı indiyədək kürd təşəbbüsünə qarşı çıxan və ona etiraz etmədiyinə görə ordunu da tənqid edən müxalifəti ruhlandırıb. Təşəbbüsə əvvəlcədən qarşı çıxan və onu Türkiyəni bölməyə hesablanmış plan kimi qiymətləndirən MHP hesab edir ki, AKP bu müzakirələri yığışdırmalıdır. MHP başqanı Dövlət Baxçalı tərəfindən dünən yayılan açıqlamada isə deyilir ki, hökumətin təşəbbüsü ilə bağlı Öcalanı da əhatə edə biləcək ümumi əfv söz-söhbəti yaranıb: “Hökumətin addımlarından cəsarət alan separatçılar müqavimətin bu cür davam etməsi halında 2010-cu ildə İmralı canisinin azadlıqda olacağına dair tərəfdarlarına vəd verib”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar