SON XƏBƏRLƏR

İran zindanlarında, məhbuslar butulka ilə zorlanıb

2021.10.20, 07:36
İran zindanlarında, məhbuslar butulka ilə zorlanıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Ölkədə 12 iyunda keçirilən prezident seçkisindən sonra seçkinin saxtalaşdırıldığını iddia edərək küçələrə axışanlardan ən azı 4000 nəfəri tutulub və həbs olunmuşdu. Məhbusların bir qismi buraxılsada ancaq bir çoxu həbsxanalarda saxlanıldılar. Məclis xəbərləri saytının yazdığına görə, müxalifətçilərin zorlanması barədə iddiaları araşdırmaq üçün yaradılan məclis komissiyasının(özəl komitə) üzvü olan millət vəkili, bəzi müxlaifətçilərin butulka və dəyənəklə zorlandığının isbat edildiyini bildirib. Xatırladaq ki, ilk dəfə bu iddia ilə, prezidentliyə namizəd Mehdi Kərrubi çıxış etmişdi. İran Parlamentin sədri bu iddianı ilk öncə rəd etmişdi ancaq Mehdi Kərrubinin iddiası tam təsdiqini tapmaqdadır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar