SON XƏBƏRLƏR

New York Times: "Ağ ev administrasiyası İranın hazırkı liderlərilə dialoq qurmaq perspektivsizliyini başa düşür"

2021.10.20, 07:36
 New York Times: "Ağ ev administrasiyası İranın hazırkı liderlərilə dialoq qurmaq perspektivsizliyini başa düşür"

Gunaz.tv
İranın aparıcı müxalifət xadimlərini ittiham edən prokuror məhkəmədən müttəhimlərə ən ağır cəza verilməsini istəyib. Bu isə hökumətin müxalifətə qarşı repressiya kampaniyasında edam alətindən istifadəsinə dair ilk açıq işarədir. "Washington Post"un yazdığına görə, müttəhimlər sırasında görkəmli sabiq dövlət nümayəndələri, o cümlədən sabiq nazir müavinləri və sabiq prezident sözçüsü də yer alıb. "Əgər iyun seçkilərindən sonrakı iğtişaşlarla bağlı günahkar tapılarsa, onların partiyaları bağlanacaq. 1979-cu il İslam inqilabından bəri sərt xətt təmayüllü qüvvələrlə gərgin hakimiyyət mübarizəsi aparan müxalifət fiqurlarının 4-cü kütləvi məhkəməsi keçirilib. Müxalifət tərəfdarları məhkəmələri şou adlandırır. İslam İran İştirakı Cəbhəsi öz internet səhifəsində məhkəmələri çevriliş nəticəsində hakimiyyətə gəlmiş qüvvələrin legitimləşdirilməsi üçün bir vasitə adlandırıb. Ən yüksək cəzanın istənilməsi "Sepah"ın, cümə ibadəti liderlərinin və hökuməti dəstəkləyən qanunvericilərin qətiyyətini nümayiş etdirir. Bu qrup habelə müxalifət hərəkatının liderləri olan Mirhüseyn Musəvi, Mehdi Kərrubi və sabiq prezident Məhəmməd Xatəminin həbsinə çağırıblar. Artıq müxalifətin daxilində də müqavimət cərəyanının zəiflədiyi sezilir. Məşhur dissident kimi ad qazanmış sabiq kəşfiyyat nazirinin müavini Səid Həcərian bu yaxınlarda keçirilən məhkəmədə hökumətdən mərhəmət diləyərək səhv yolda olduğunu etiraf edib". Bu arada Obama administrasiyası və onun avropalı mütəfiqləri Beynəlxalq Atom Enerjisi Agentliyinə İranın atom bombası əldə etməyə can atmasını göstərən dəlili ictimaiyyətə açıqlamaq üçün təzyiq göstərirlər. Qərb dövlətlərinin bu xahişi agentlik daxilində debatlara yol açıb. "New York Times" qəzetinin yazıdğına görə, Obama administrasiyasının adının çəkilməsini istəməyən bir nümayəndəsi İranın nüvə proqramının hərbi aspektləri barədə bütün məlumatların ictimaiyyətə açıqlanması yönümündə iş aparıldığını bildirir: "ABŞ-ın İranın nüvə proqramını müzakirəsinə ictimai müstəviyə çıxarmaq cəhdləri göstərir ki, Obama administrasiyasında İranın hazırkı liderləri ilə dialoq qurmaq perspektivlərinin sönüklüyü qəbul edilir. Məhəmməd Əl-Baradeyi İrana minimal səviyyədə uran zənginləşdirməyə icazə verilməsinə tərəfdardır. Onun fikrincə, əldə olan dəlillər İranın atom bombası istehsal etmək qabiliyyətində olduğunu tam sübuta yetirmir. Obama administrasiyasının bu məsələni ictiamiyət qarşısına çıxarması Buş administrasiyasının siyasətilə təzad təşkil edir. Belə ki, Obamanın respublikaçı sələfi inanırdı ki, İrana qarşı arqumentləri tədricən və sakit şəkildə toplamaq lazımdır. İraqla bağlı kəşfiyyat qalmaqalından sonra Buş administrasiyası İranın nüvə proqramı haqda məlumatları ictimaiyyətə açıqlamaqdan və bu məlumatlar əsasında hansısa siyasət formalaşdırmaqdan çəkinirdi. Amma BMT nüvə agentliyinin baş müfəttişi Olli Heynonen 2008-ci ilin fevralında keçirilən qapalı yığıncaqda açıqlayıb ki, İranın nüvə proqramı atom silahının istehsalından başqa hər hansı bir proqrama uyğun gəlmir. Bu isə BMT Təhlükəsizlik Şurasında oturan Rusiya və Çini İrana qarşı sərt sanksiyalar tətbiq etməyə inandırmaq lüzumunu artırır".Turqut

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar