SON XƏBƏRLƏR

kürdlər qarabağa yerləşir

2021.10.20, 07:36
kürdlər qarabağa yerləşir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Ermənistanın Amo rayonundakı Zovuni kəndindəki yezidi kürdləri Dağlıq Qarabağa köçməyə başlayıblar. Onlar Kəlbəcər rayonunda "Nov Amo", yəni "Yeni Amo" kəndini salırlar. Kürdlərin dediklərinə görə, onların kəndi tərk etmələrinin başlıca səbəbi yüksək gərginlikli elektrikötürmə xətləridir. Bu kənddə ilk dəfə olanlada xətlərin yaydıqları səs başağrısı yarada bimlər. Amma 1970-ci illərdən bəri kənddə yaşayan kürdlər artıq o səslərə öyrəşiblər. "Bu xətləri çəkəndə atamla qardaşım səsdən şikayətlənsələr də, rayonun icraiyyə komitəsində oonlara söylədilər ki, bir az dözsünlər, ailəmizə başqa yerdə ev veriləcək. Yayda kənd camaatı yaylağa köçdü, qayıdanda gördülər ki, artıq xətlər işə düşüb", - rayonda ən çoxsaylı ailənin mənsubu olan Kyalaş Avdalyan bildirib. Yerli kürdlərin əksəriyyətinin dediyinə görə, Ermənistan rəhbərliyinin onlara qarşı belə laqeyd davranması aşkar diskriminasiyadan xəbər verir. "40 ildi ki, problemlərimiz davam edir. Hakimiyyətlər dəyişir, rəhbərlər gəlir-gedir, amma dərdlərimizə çarə edən tapılmır. Buna görə də kəndi tərk edərək Dağlıq Qarabağa köçmək qərarına gəlmişik. Ora da əslində Ermənistanın nəzarətində olan ərazidir, amma düşünürük ki, qarabağlı ermənilər bizə problemlər yaratmazlar", - Draşar Tatursi bildirib. 3,2 milyon əhalisi olan Ermənistanda 40 min yezidi kürd yaşayır və yezidi icmasının sayı baxımından qonşu ölkə hətta həmin kürdlərin vətəni olan İraqı da geridə qoyub. İblisə sitayiş edərək özlərini "şərfədin" adlandıran yezidi kürdlərin Dağlıq Qarabağa köçünə gəldikdə isə, onlar ilk əvvəl Şuşada məskunlaşmaq istəyiblər. Hətta 5 ailə "kəşfiyyat" məqsədilə Şuşaya da gedib. Fəqət, Dağlıq Qarabağdakı separatçı rejim nəzarətdə saxladığı ərazilərdə kürdlərin kompakt yaşadığı məkanın yaranmasının gələcəkdə "biçarə haylara nə kimi problemlər yarada biləcəyini anladığından, Şuşanın qapılarını kürdlərin üzlərinə bağlayıb. Zovunili kürdlər daha sonra Hadrut, Ağdərə, Laçın, Zəngilan rayonlarını seçsələr də, hələlik mədəni şəkildə rədd cavabı alıblar və sonda Kəlbəcərdə qərarlaşıblar. Xankəndidəki rejimə isə Kəlbəcərin ucqar kəndlərində yezidi kürdlərin məskunlaşması bir çox baxımdan sərfəlidir. Əvvəla, Kəlbəcər işğal ediləndən bəri həmin kəndlərdə ermənilər məskunlaşmayıblar və ən yaxşı halda oralarda hərbi postlar olub. Yezidi kürdlərin həmin məkanlara köçmələri isə rayonunu indi qurdlar ulayan ərazilərinin canlanması deməkdir. Bundan başqa, yezidi kürdlərin Kəlbəcərə köçü həm də "iqtisadi baxımdan" qarabağlı ermənilərin başağrısı olan, daima dotasiyalar hesabına yaşayan və sakinləri, yəni işğaldan sonrakı ermənilərinin sayın çox az olan rayonda yerli təsərrüfatla iqtisadiyyatın inkişafına təkan verə bilər. Xankəndidəki separatçı rejimin mənsubları ilə Ermənistan Yezidi Kürd Cəmiyyətinin lideri Həsən Tamoyan arasında aparılan danışıqlara görə, qarabağlı haylar Kəlbəcərə köçərək orada məskunlaşacaq yezidi kürdlər üçün məktəblər, uşaq bağçaları və poliklinikaya qədər hər şeyi vəd ediblər. Vədlər arasında yezidi kürdlərin danışdıqları, kürd dilinin kurmanci ləhcəmi olan lisanda dərsliklər və dərs vəsaitlərinin çapı da var.express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar