SON XƏBƏRLƏR

Axıska türkləri tarixi türk torpaqlarına qayıdırlar

2021.10.20, 07:36
Axıska türkləri tarixi türk torpaqlarına qayıdırlar

Gunaz.tv
GÜNAZ.AZ mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, 2010-cu il yanvarın birinədək Azərbaycan ərazisində məskunlaşmış 2300 Axıska türkü öz doğma yurd-yuvasına qayıdaraq vətəndaşlıq alacaq. Digər 11 min Axıska türkünün vətəninə qayıtması üçün isə sənədləri Gürcüstan hökumətinə təqdim olunacaq. Gürcüstan parlamentinin 2007-ci ildə qəbul etdiyi Axıska türklərinin repatrasiyası ilə bağlı qərardan sonra 2300 nəfər geri qayıtmaq üçün sənədlərini rəsmi Tbilisiyə təqdim edib. Bu barədə Axıska türklərinin «Vətən» cəmiyyətinin sədri İbrahim Burhanov «Lider» televiziyasına məlumat verib. Onlar 2010-cu il yanvarın birinədək doğma yurd-yuvalarına qayıdıb Gürcüstan vətəndaşlığı alacaqlar. Yurd-yuvasına qayıtmaq istəyən 11 min Axıska türkü isə sənədlərini «Vətən» cəmiyyətinə təqdim edib. Rəsmi Tbilisinin tələblərinə uyğunluğu öyrənildikdən sonra sənədlər Gürcüstan hökumətinə göndəriləcək. İbrahim Burhanov deyir ki, Axıska türkləri vətənlərinə qayıtsalar da, Azərbaycanı heç vaxt unutmayacaqlar. Azərbaycanda məskunlaşmış Axıska türklərinin 2012-ci ilədək öz yurd yuvalarına qayıtması planlaşdırılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar