SON XƏBƏRLƏR

Ayətüllah Rəfsəncani ilə Əhmədinəjad və prezident administrasiyasının rəhbəri İsfəndiyar Rəhim Məşayi qarşı qarşıya

2021.10.20, 07:36
Ayətüllah Rəfsəncani ilə Əhmədinəjad və prezident administrasiyasının rəhbəri İsfəndiyar Rəhim Məşayi qarşı qarşıya

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İranın keçmiş prezidenti, hazırda Sistemin Məsləhətini Müəyyənləşdirən Quruma və Üləmalar Məclisinə rəhbərlik edən Haşimi Rəfsəncani prezident Mahmud Əhmədinejada və prezident administrasiyasının rəhbəri İsfəndiyar Rəhim Məşayiyə qarşı bəyanatla çıxıb. Məşayi Əhmədinejadın qudasıdır. O, bir neçə gün əvvəl jurnalistlərə açıqlamasında deyib ki, Rəfsəncani xalqın dəstəyindən faydalanaraq ölkə rəhbərinə qarşı təzyiqi artırmağa, ölkənin siyasi kursunu dəyişdirməyə meyl göstərib. Əhmədinejad isə bu il iyunun 12-də keçirilən prezident seçkisi ərəfəsində teledebatların birində Rəfsəncanini və keçmiş prezidentin oğlanlarını dövlət əmlakını mənimsəməkdə və iqtisadi fırıldaqçılıqda günahlandırmışdı. “Media forum” saytının məlumatına görə, H.Rəfsəncaninin avqustun 26-da yaydığı bəyanatda deyilir: “Məşayinin əvvəllər də bu kimi səhv, yalan və məntiqə əsaslanmayan çıxışlar etdiyi hamıya bəllidir. Ona cavab verməyinə dəyməz. Onun çıxışının bəzi hissəsi Əhmədinejadın məlum teledebatda mənə qarşı irəli sürdüyü ittihamların təkrarıdır. Bu kimi fitnəkarlıqlar yalnız cəmiyyəti parçalaya, ümidsizlik yaya bilər. Hesab edirəm ki, Əhmədinejadla Məşayi mənə qarşı bu ittihamlarına görə məsuliyyət daşıyırlar və onlar məhkəmədə cavab verməli olacaqlar”.mediaforum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar