SON XƏBƏRLƏR

Putindən sərt məsaj

2021.10.20, 07:36
Putindən sərt məsaj

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Rusiya Cənubi Qafqazda hər hansı hərbi revanşa və hərbi əməliyyatların bərpasına imkan verməyəcək. Belə bir bəyanatla Rusiyanın baş naziri Vladimir Putin qondarma "Cənubi Osetiya Respublikasının prezidenti" Eduard Kokoytı ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında çıxış edib. Rusiyanın baş naziri bildirib ki, onun ölkəsi regionda baş verən bütün hadisələrə edekvat reaksiya verəcək. Vladimir Putinin sözlərinə görə, beynəlxalq birlik mövcud münaqişələrin həlli zamanı ziddiyyətlərin yaranmasına səbəb olan bir sıra məsələlərlə bağlı razılığa gəlməlidir: "İki prinsipdən biri - ərazi bütövlüyü, yaxud xalqların öz müqəddəratını təyin etmə prinsipi əsas götürülməlidir. Əgər biz ərazi bütövlüyü prinsipiylə hərəkət ediriksə o zaman Kosova da Serbiyanın tərkibinə qaytarılmalıdır". Putin hesab edir ki, beynəlxalq birliyin heç də bütün üzvləri öz suverenliklərindən istifadə etmirlər: "Bir sıra ölkələr bir superdövlətin - ABŞ-ın təzyiqi altında onun siyasi irədəsinə uyğun hərəkət edirlər".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar