SON XƏBƏRLƏR

İranda hadisələr hələ çox aktivləşəcək

2021.10.20, 07:36
İranda hadisələr hələ çox aktivləşəcək

Gunaz.tv
«Kütləvi aksiyalar silsiləsi yenidən başlaya bilər» Zəfər Quliyev: «Irandakı parçalanma sentyabrdan başlayaraq özünü daha fəal formada göstərə bilər» Iran hakimiyyətində prezidentlə parlament deputatları arasında münasibətlər hələ də gərgin olduğunu bir neçə gün bundan əvvəl baş verən olay bir daha təsdiq edir. Söhbət Iran parlamentinin böyük əksəriyyətinin prezident Mahmud Əhmədinecadın Ramazan bayramı münasibəti ilə təşkil etdiyi iftar süfrəsinə gəlməkdən imtina etməsindən gedir. Prezidentin iftar süfrəsinə dəvət etdiyi 290 parlament deputatından ancaq 20-si dəvəti qəbul edib. Hər bir halda Iran kimi ölkədə parlament üzvlərinin bu cür davranışı birmənalı qiymətləndirilmir. Siyasi şərhçi Zəfər Quliyevin fikrincə, bu seçkidən uzun müddətin keçməsinə baxmayaraq Iranda hakimiyyət dairələrində parçalanmanın aradan qalxmadığının görsənişidir. Əhmədinecadın prezident kimi inaqurasiya mərasimi başa vurmasına baxmayaraq Iranın bir hissəsinin mübarizədən hələ əl çəkmədiyini deyən Z.Quliyev əlavə etdi ki, hakimiyyətin özündə müəyyən təsirə sahib olan qüvvələr iqtidarın bu cür davranışlarına etiraz edirlər: “Düşünürəm ki, Iranda proseslər daha aktiv məcraya qədəm qoya bilər. Çünki qarşıdan sentyabr ayı gəlir. Bu müddət isə ali məktəblərin açılması və tələbələrin iri şəhərlərə geri dönməsi vaxtıdır. Son illərin təcrübəsi də göstərir Iranda yay aylarında siyasi sakitlik hökm sürür. Düzdür, bu yay Iranda proseslər o qədər də sakit keçməsə də, əsas fəal qüvvələrin sentyabra qayıtmasıyla yanaşı, hökumət öz fəaliyyətinə məhz bu dövrdə başlayacaq”. Bu baxımdan Z.Quliyev hesab edir ki, Irandakı parçalanma yaxın aylarda özünü daha fəal formada göstərəcək və sentyabrdan başlayaraq Iranda kütləvi aksiyalar silsiləsi yenidən başlaya bilər. “Nəzərə alsaq ki, Rəfsəncaninin ətrafında hakimiyyətdə təmsil olunan nüfuzlu insanlar dayanır, o zaman əminliklə demək olar ki, Iranda əsas hadisələr hələ qabaqdadır”,- deyə Z.Quliyev vurğuladı.xeyal

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar