SON XƏBƏRLƏR

44 etirazçının kütləvi basdırıldığı qəbristanın baş direktoru işindən kənarlaşdırılıb

2021.10.20, 07:36
44 etirazçının kütləvi basdırıldığı qəbristanın baş direktoru işindən kənarlaşdırılıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İran islahatçılarına yaxın olan “Novruz” qəzeti avqustun 23-də yaydığı xəbərə görə 44 gənc aksiyaçı gizli olaraq kütləvi şəkildə basdırılıb. bu xəbərin mətbuata çıxması böyük əks-sədayaya səbəb olduğuna görə, Tehranın Behişti-Zəhra qəbristanlığının baş direktoru Mahmud Rzaiyan avqustun 25-də işdən azad edilib. Tehran qəbiristanlığının baş direktoru Mahmud Rzaiyan 44 dinc aksiyaçının meyitlərinin gizli basdırılması xəbərini əvvəlcə təkzib etsə də, həmin qəbirlərin şəkillərinin internetdə yayılmasından sonra ziddiyyətli çıxışlar etməyə məcbur olub. İran parlamentinin araşdırma komitəsinin üzvü Həmidrza Katuziyan avqustun 25-də jurnalistlərə açıqlamasında məsələnin araşdırılacağını deyib: “Son hadisələrdə həlak olan onlarla şəxsin kollektiv şəkildə gizli basdırılması məsələsini bir sıra deputatlarla müzakirə etmişik. Lazım gələrsə, qəbiristanlıqda da görüş keçirəcəyik”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar