SON XƏBƏRLƏR

Ayətüllah Xamnei bir addim geriyə: “Etirazçılar casus deyillər”

2021.10.20, 07:36
Ayətüllah Xamnei bir addim geriyə: “Etirazçılar casus deyillər”

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, “Mən ittiham edilənləri Amerika və ya Britaniya casusları olmaqda suçlamıram, Çünki belə bir şey mənim üçün hələlik isbat olunmayıb. Mən sübut olunmayan bir şeyi iddia edə bilmərəm”... bu bəyanatla İranın dini lideri Ayətulla Əli Xamnei ÇIXIŞ EDİB. bu bəyanat İrandakı ən qatı mühafizəkar siyasətçilərin müxalifət liderlərinin ünvanına səsləndirdikləri ittihamlara ziddir. Xamnei etiraf edib ki, müxalifət liderlərinin xarici ölkələrdən kömək alması ilə bağlı heç bir sübut yoxdur: “Mən bir müddət öncə baş verən insidentlərin təşkilatçılarını xaricilərlə, məsələn, ABŞ və Britaniya ilə əlaqədə suçlamıram”. Bununla belə İranda seçkisonrası etiraz aksiyasına qoşulmuş şəxslərin kütləvi mühakimələri davam edir. Bu mənada İranın ali dini rəhbərinin belə bir çıxışı bəzi müşahidəçilər tərəfindən onun orta və ya barışdırıcı mövqe tutmağa cəhd eləməsi kimi qiymətləndirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar